Əxlaq və mənəviyyat

Namus gözəlliyin dəfinəsidir.
Kəlam

Bizim xalqın adət-ənənələrində, ailə özəlliyində sədaqət, vəfa ölüncə var.
Gənclərimiz seriallarda xarici ölkələrdəki bər-bəzəkli həyata, hədsiz sərbəstliyə uymamalııdırlar. Qızlarımız da təmkinli olmalıdır. Əgər qızlar iradlara, qoruq-qadağalara bəzi yazılarda rast gəldiyimiz: ” kişilər də bakirlik testindən keçsin”,- əks-həmləsi ilə hücuma keçəcəklərsə, biz arzu olunana- doğru olana, əlbəttə ki, yaxınlaşa bilməyəcəyik. Kişilərin tərəfini saxlamaqdan da çox-çox uzağıq. Əgər hardasa bir namusa təcavüz edilibsə, hardasa bir qız aldadılıbsa, atılıbsa, qaçırılıbsa, şiddətə məruz qalıbsa və sair, və ilahır, hər birinin arxasında pəzəvəng bir kişi dayanır. Ha özünü təmizə çıxarmağa çalışsa da, onun da günahı “ayağısürüşkən qadının günahı” nə qədərdirsə, o qədərdir.
XVIII əsrdə yaşamış fransız maarifçisi Deni Didro ola bilməyəcəyəmsə də, başımda, ürəyimdə gəzdirdiyim bir çox fikirlər bu məşhur maarifçinin fikirləri ilə çox uyğundur. D.Didro, məsələn, çox maraqlı bir idedya irəli sürüb:
“Öz payıma, namuslu bir qadını başdan çıxardıqdan sonra atıb gedən əxlaqsızları bir fahişəylə yaşamağa məhkum edən bir qanun verilsə, çox alqışlayardım. Pis adama pis qadın!”
Yəni, əxlaqsızlığın, eyş-işrət düşkünlüyünün qarşısını almağın bir üsulu da bu təklif ola bilər.
Bununla belə, mən bir çox məsələlərdə ziddiyyətlərin yaranmasında və alovlanmasında qadınların mövqeyini qəbul etmirəm. Qadın bərabərlik iddiasında yerini harda bilirsə, fəhmi azfddır, ər onu ondan qat-qat üstün bilir, Fəqət, qadın bərabərlik iddiasına düşüb araya soyuqluq salmamalıdır. Qadın bu qədər sosiallaşmağa çalışmamalıdır.Bu, ailə institutunun çox üsulluca, səssiz-səmirsiz aradan çıxmasına gətirib çıxara bilər.
Sitat:
Evlilik də qayıq kimidir: qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar.
E.Levi

Qadınlarımızın, qızlarımızn televiziyadan, seriallardan izlədikləri macəralı sevgi həyatı gerçək ailə həyatı deyil, Gerçək sevgi niyə nümayiş olunmalıdır ki? Hansı normal ailədə tərəflər özəl həyatlarını belə çılpaqlığı ilə paylaşa bilər? Hansısa ölkədə kimsə neçənci dəfə nikahı pozulmuş qadınla evlənə bilər, fərqi yoxdur bakirə və ya dul qadın uğurlu ailə həyatı olmamış kiminsə neçənci yastıq yoldaşı ola bilər. Amma Azərbaycan mühiti üçün qadın “ər evinə dik girib, köndələn çıxmalıdır.” Bundan mənalı, dəyərli, məsum, qürurlu sevgi düşünürsüzmü? Fərqi yoxdur kişi olsun, ya qadın, əgər hansı birisə birinci evlilikdə səadətini tapa bilməyibsə, ikincisində, üçüncüsündə də tapa bilməyəcək. Buna zəmanət yoxdur, ola da bilməz: qadına könül dostu kimi yox, yataq yoldaşı kimi baxan, daha sonra başqa birini arzulayacaq, başında da hər vaxt belə xülyalar var-gəl edəcək. Qadın da sabah ərə gəldiyi yeni evdə budəfəki ərinin kaprizini qəbul etməyə bilər və sabah yenə ona “bitanem”, “starım” deyən, amma sevgidən, dəruni eşqdən başqa hər şeyi olan digər kimsənin yanına qaça bilər, öyrəncəlidir də.
Belə yaxşıdır, yoxsa taleyinə, qismətinə çıxan ilk sevginlə əl-ələ, baş-başa verib mehriban, isti bir ocaq yaratmaq?!.
“Dünyada heç bir bəzək, makiyaj bir qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz,- kim demişsə, doğru demiş. Uşağın anaya daha mehr salmasının mayasında saniyəbəsaniyə kortəbii də olsa anasının qayğılarını, yuxusuz gecələrini, istisini, nəfəsini duymasıdır. Evində qulluqçı, dayə saxlayan, bağçada, günüuzadılmış qruplarda saxlayan ailələrin yavruları ilə müqayisədə gecəni üstlərində dirigözlü açan, beşikbaşında yatan anaların uşaqları bütün həyatları boyu bu sehrdən çıxa bilmir. Ailə budur da, analıq budur da.

Ailə əza həzzi üçün qurulmamalıdır. Əsl ailələrdə ərlər HALALI olacaq qadına seriallardakı qadınlar kimi baxa bilməz, yanaşa bilməz və bu ağayanalığına görə Azərbayçan Kişisinə eşq olsun. Sənə “ana”/”ata” deyəcək uşağın anasını əşyalaşdırmaq olmaz. Bu mühit Avropa mühiti deyil, İspaniya deyil, Fransa deyil. Bizim bu dəyərdə qadınlarımız, ərlərimiz olduğu halda, kiminsə ağlına hardan gəldi intim həzz dünyasından kam almaq?
Deflorasiyanın dünya modellerini kim gətirdi bizim mühitə? Öz halal qadını/əri ilə bir yastığa baş qoymaqdan abır/həya edilən bir mühitdə görün hara gəlib çıxmışıq: intim fantaziyalarını cilovlaya bilməyən oğlanların da, qızların da sayı artan xətlə inkişaf etməkdədir. Mühit özü bunu dəstəkləyir. İşdir, birdən “əlindən xəta çıxsa”, heç qəm yemə, bunu plastik əməliyyat yoluyla bərpa etdirmək olur. Sonra da bir fağırın birisinə gedərsən, 1-2 ildən sonra da iztəməzsən, boşayarsan onu, üstündə bu ad qalmaz, deməzlər ki, himenoplastika etdirib kiməsə sarıdılar.
Kimi aldadırıq, aldadan kişidirsə, digər bir həmcinsini aldatmırmı? E. Levi adlı məşhur bir rəssamın fikrinə haqq qazandırmamaq mümkün olmur ki, ən ehtiyatlı edilmiş xəyanət də gec-tez aşkar olur. Bəs onda?
Mənə belə gəlir ki, himenoplastika bizim əxlaq üçün qəbul edilməzdir. Bakirəliyin tibbi müəssisələrdə bərpasına, yalnız müstəsna hal kimi, doğumla bağlı belə fəsad olarsa, eləcə də bu, hər hansı bir qəza nəticəsində baş verərsə, anonimlik şərtinə ciddi əməl edilməklə icazə verilə bilər. Digər səbəblər üzündən bakirə olmayalar isə , qeyri-sağlam həyat tərzi istisna olunmaqla, nə himenoplastikaya üz tutmalıdır, nə də bakirəlik tabusunun aradan qaldırılmasına səy etməlidir.

Allah heç kimi məyus etməsin, amma bunun üçün ağılla, məntiqlə addım atmaq lazımdır. Sevgi də ağayana olmalıdır, özəl münasibətlər də. Son onilliklərə qədər Azərbaycan ailələrinin əksəriyyəti çoxuşaqlı ailə olub. Amma heç bir uşaq hiss etmədi ki, bilmədi ki, atası ilə anası bir otaqda yatıb, bir yorğan-döşəyə baş vurub, qaş qaralan kimi, axşam çörəyi yeyildimi, işıqları keçirib beləcə uyumağa gediblər. Bunu mühit də nizamlayırdı, ailənin özü də. Ona görə də ər-arvad arasındakı özəl həyat ağayana qalırdı. Bu gün mövcud olanlar isə ailə özəlliyimizə virus kimi Qərbdən sirayət etdi. İndi yeniyetmə də, gənc də, lap evli də hara ayaq basdı, harda oldu; televiziyada, radioda, mətbuatda, reklam panolarında qadın yox ey, qadın vücudunu, əzalarını görür. Qadın obrazı bu yeniyetməyə, gəncə macəra həyatı tərəfdaşı kimi çatdırılır. Bu yeniyetmə də hələ ailə qurmamışdan əvvəl – yaşından əvvəl, düşüncəsinin kamilləşməsindən əvvəl qadına əza həzzini təmin edən vasitə kimi can atır. Sonra ailə quranda isə qadınına etimad bəsləyə bilmir: qafasında ayrı qadın olur, yanında ayrı. Əgər qızlardısa, bu yeniyetmələr cilovlana bilməyən hisslərinə təslim olacaq, qoxulanıb atılmış çiçəklərə çevriləcək. İntim-münasibətlərin qeyri-təbii yoluna sövq edilənlər də, beləcə, ailə həyatına yolu çamurluqdan başlayacaqlar. Himenoplastika da işə burada “işə yarayır”.
Bunlar sevgiyə xəyanətdir, ailə ülviyyətinə xəyanətdir, qadına xəyanətdir.
Qızlıq pərdəsinin bütöv olması qadının bakirəliyinin, yəni bir kişiylə heç vaxt intim münasibətdə olmamasının sübutu kimi görünür.
Elmi-texniki tərəqqini, sivilizasiyaların rəqabətini, intellektual inkişaf səviyyəsinin özünü bu məsələyə qatmamalıyıq. Biz onu necə qavramışıq, necə qəbul etmişiksə, əmanətə xəyanət etmədən də gələcək nəsillərə ötürməliyik.
Avropada və Amerikanın bir çox əyalətlərində bakirəlik (qızlıq pərdəsi) ciddi bir söhbət mövzusu olmasa da, ölkəmizdə və dünyanın digər müxtəlif yerlərində də sosial və mənəvi əhəmiyyətini hər zaman saxlamaqdadır: dünən belə olub, bu gün belədir, qoruya bilsək, cırlaşmasaq, yolumuzdan çıxmasaq, sabah da, o biri gün də belə olacaq.
Ailə ülfəti elə bir ehtiyacdır ki, hər kəs ona möhtac. Ailə ülfəti elə süslü bir çiçək ki, ən adi meh belə onun ləçəklərini qopara bilər. Ailə ülfəti dədələrdən-babalardan qalan elə bir əmanət ki, onu qorumağa tək bir adamın güçü çatmaz: elliklə qorumaq gərək….

Anaveushaq.wordpress.com
Son