İbrət


Oğul atasının yanına gəlib deyir:
– Boşanıram. Bezmişəm! Anam düz deyir , arvadım tənbəldir. Nə vaxta kimi hər şeyi özüm edəcəm?
– Ata cavabında deyir: bağışla, məni oğlum.
– Nə üçün?
– Çünki mən sənin anana qarşı həmişə mehriban olmamışam. Səndə boşanma fikrinin yaranması da mənim günahımdır …
– Boşanmayım?
– Boşanma… Hətta heç vaxt bu barədə düşünmə belə.
– Ömrümün sonuna qədər dözüm?
– Dözmək lazım deyil… Sən ona dözmürsən, özünün ona qarşı pis münasibətinə dözürsən. Özünü dəyişsən, ətrafındakı hər şey dəyişəcək.
– Necə dəyişəcək?
– Rəbbin öyrətdiyi kimi arvadına bax. Qadın Sllahın sənə hədiyyəsidir. Sənin sevincin… Köməkçin… Övladlarının anasıdır…

– Allahın sənə ən zərif bir qab verdi ki, sən onu ehtiyatla, incəliklə qoruyub saxlayasan… Qalanları xırda şeylərdi! Əgər o, bu gün nəyisə bilmirsə, öyrənəcək. Sən özün də etmək istədiyin hər şeyi bilmirsən…
Əgər nəyisə çatdırmırrsa – onun bu zəifliyini öz gücünlə və sevginlə ört… Nəyisə bilmirsə, axşam bir fincan çay süfrəsi arxasında çiyinlərini zərif şəkildə qucaqlayaraq de, başa sal…Sizin yolunuz təkcə sizin yolunuzdur, sizin sevginiz yalnız sizindir. Sizə nifrət gözü ilə baxan hər kəs evinizin düşmənidir. Anan olsa belə… Qardaşın… Ya da ən yaxşı dostun… Onları buna görə mühakimə etmə, əksinə bağışla. Qoy onların hər biri başa düşsün ki, ailən üçün, sevgin üçün, lazım gələrsə, tərəddüd etmədən canından belə keçməyə hazırsan, amma heç kimə pis sözlə ailənə toxunmağa belə icazə verməzsən…
– Sizi anamla da ayırmaq istəyirdilər?
– Hətta “köməkçilərsiz” də ara-sıra ananla möhkəm mübahisə edirdik. Axmaq idik, qürurlu idik…Sizin başqa bir həyatınız var. Heç kim sizi Allahdan uzaqlaşdırmır. Ondan hikmət diləyin. Bir-birinizə güzəştə gedin…təsəlli verin… Sevgi, əgər sən bilmirsənsə, böyüyür. Onun bütün böyüklüyünü, bütün dəyərini yalnız həddindən artıq qocalıqda, axşam həmin bu arvadının çiyinlərini zərif bir şəkildə qucaqladıqda görəcəksən və onda sizin sözlərə ehtiyacınız olmayacaq …

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!