Hamı evlənməyə can atır, amma  heç kim 2-3 nəfərdən artıq uşaq istəmir

Baş redaktordan

Dünyada yaşayan bütün insanların ümumi evi olan ev sahibliyi edən Yer kürəsi çox böyük bir planetdir. Bu planetin su səthinin sahəsi – 361 mln. km2, quru sahəsi – 149 mln. km2-dir, ümumi sahə – 510 mln. km2. 7,8 milyard insanla bu ərazini paylaşır. Bu say tarix boyu müxtəlif dəyişmələrlə davam etmişdir: müəyyən zamanlarda artmış və zaman-zaman dramatik azalmalar yaşamışdır.Dünənimizə, bu günümüzə və sabahımıza təsir edən çoxlu maraqlı məlumatlar var.


1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. 2022-ci il noyabr ayında dünya əhalisi 8 milyardı keçmişdir.Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyamızda 10 milyard insan yaşayacaq.
Alman Dünya Əhali Fondunun açıqladığı məlumatlara görə, dünyada insanların sayı hər saniyə 2,6 nəfər artır. BMT-nin məlumatına görə, hər qadına orta hesabla 2,4 uşaq düşür, 1960-cı illərdə isə bu rəqəm 5 uşaq olub. Hesab edilir ki, bu göstərici 2,1-ə düşərsə, dünya əhalisinin artımı dayanacaq.
Dünya təsirli bir demoqrafik mərhələdədir. Qlobal doğum nisbəti tezliklə sabit əhali sayını saxlamaq üçün lazım olan səviyyədən aşağı düşəcək. Demək olar ki, hər yerdə, bütün gəlir səviyyələrində, təhsildə və işçi qüvvəsində iştirak edən qadınlar arasında məhsuldarlıq aşağı düşür. Doğuş nisbətinin aşağı düşməsi insanların yaşayış tərzinə, iqtisadiyyatların böyüməsinə və dünyanın supergüclərinin mövqeyinə çox böyük təsir göstərir. Bu barədə “The Wall Street Journal”ın məqaləsində deyilir.
Qeyd olunur ki, yüksək gəlirli ölkələrdə 1970-ci illərdə doğum əmsalı yenilənmə səviyyəsindən aşağı düşüb və pandemiya zamanı daha da aşağı düşüb. İnkişaf etməkdə olan ölkələrdə də doğum səviyyəsi aşağı düşür. Hindistan keçən il dünyanın ən sıx məskunlaşdığı ölkə kimi Çini geridə qoydu, lakin onun doğum səviyyəsi indi əvəzetmə səviyyəsindən aşağıdır.

Pensilvaniya Universitetində demoqrafiya üzrə ixtisaslaşan iqtisadçı Xesus Fernandez-Villaverde “Demoqrafik qış gəlir” dedi.

Bir çox məmurlar məsələni aktual milli problem hesab edirlər. Onlar azalan işçi qüvvəsindən, iqtisadi inkişafın ləngiməsindən və pensiyaların qeyri-adekvat maliyyələşdirilməsindən, eləcə də getdikcə daha az uşaq olan cəmiyyətin həyat qabiliyyətindən narahatdırlar. Əhalinin azalması qlobal təsirin azalması ilə nəticələnir və ABŞ, Çin və Rusiyanın supergüclər kimi uzunmüddətli mövqeyini şübhə altına alır.

Tarixçilər sənayeləşmiş ölkələrdə 18-ci əsrdə başlayan məhsuldarlığın aşağı düşməsini demoqrafik keçid adlandırırlar. Gözlənilən ömür uzunluğu uzandıqca və daha çox uşaq yetkinlik yaşına qədər yaşadıqca, daha çox uşaq sahibi olmaq həvəsi azaldı. Müəlliflər yazır ki, qadınlar daha çox təhsil aldıqca və işçi qüvvəsinə qoşulduqca, nikah və uşaq dünyaya gətirməyi gecikdirdilər, bu da daha az uşaq doğurdu.
“Ölkəmizə gəldikdə, 2021-ci ildə doğulan körpələrin sayı 112 min 284 nəfər olub. Bu, son 30 ilin ən aşağı doğum göstəricisidir. Ötən il 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 2005-ci ilin statistikası ilə müqayisədə 31,8 faizdən 25,7 faizə düşüb.
Xatırladaq ki, Azərbaycanda son 50 ildə ən yüksək doğum göstəricisi 1990-ci ildə qeydə alınıb. Həmin ildə ölkədə 183 minə yaxın körpə doğulub. 1970-cı ildə ölkə əhalisinin sayı 5,1 milyon olduğu halda, 2021-ci ildə bu göstərici 10 milyonu ötüb. Bu müddətdə ölkə əhalisi iki dəfə artsa da, yaşı 18-dək olan əhali sayında və körpə doğumlarında xeyli azalma müşahidə edilir. Görünən odur ki, Azərbaycanda uşaqların sayı ilbəil azalır.
Vaxtilə ölkədə 6, 8, hətta 10, 12 uşaqlı ailələr də vardı. Müasir dövrdə isə hər bir azərbaycanlı ailəsində maksimum 2 və ya 3 uşaq olur. Bu, bir tərəfdən sosial-iqtisadi vəziyyətlə əlaqələndirilsə də, həm də müasir ailə planlaşdırmasının reallığıdır” (https://www.azerbaijan-news.az/az/posts/detail/dogulan-usaqlarin-sayi-azalir-1664312824#:
Bu məsələ insanlığın, cəmiyyətin davam etməsi üçün ilk və ən vacib şərtdir. Dünya əhalisinin artımı buşərtin barometridir. Bəs niyə dünya əhalisinin sayı aşağı düşür, indi kəndlərimizdə 4-5 uşağı olan ailələr barmaqla sayılacaq qədərdir. İstər elmi ədəbiyyatlarda, istər mətbuatda, istərsə də ictimai müzakirələrdə o qədər səbəblər göstərilir ki… dolanışıq vəziyyəti, maariflənmə səviyyəsinin aşağı olması, pandemiyalar, miqrasiyalar və sair. Təbii ki, bunlar hamısı var, amma əsas şərt deyil. Əgər doğum hallarının aşağı düşməsi maddiyyətlə bağlıdırsa, onda gərək sahibkarların azından 8- 10 uşağı ola, amma bir qadından.
Əgər yoxsulluq üşaq artımına əngəl olan şərtdirsə, təhlilləri göstərir ki, 2050-ci ildə Afrikada uşaqların sayı 1 milyarda çatacaq. Niyə bu ölkədə uşaq doğumu yüksəkdir?
İnsanlar ağıllı olsalar, dünuyaya göz açan hər bəndəsi üçün Allah ruzini özü yetirir. Dünyaya göz açan uşaqlara ehtiyac könül işidir. Gərək könlün bunu arzu edə. Gərək özünü heç vaxt ana-ata qayğılarından məkrum etməyəsən. Bunu səadət kimi qrşılayasan. Yox olmağa qoymayasan. Ardınca düşüb axtarıb tapasan. Müasir gənclər bunu istəmir. Kimə bunu deyə bilərsən, irad tuta bilərsən ki? Amma gerçəklik belədir. 40-50 il bundan əvvəl evin qızları gələcək ana, oğlanları da ata olmağa hazırlanırdı. İndi bir balaca ayaqları yer tutan kimi, qız da, oğlan da müstəqilliyə can atır. “Öz həyatımı yaşamaq istəyirəm” deyir və yaxud onların təbirincə, özləri üçün həyatın dadını çıxartmaq istəyirlər. Televiziyada bu qədər boş-boş verilişlər aparırlar, zaman-zaman cəmiyyətin qram-qram formalaşdırdığı dəyərləri indi bunlar veriliş-veriliş dağıdıb yerlə-yeksan edirlər. Sovet dövründən qalmış bütün ölçülər, hədlr uçurulur, cəmiyyət şou eyforiyası üstündə köklənir, bunlara gözün üstə qaşın var deyən olmur. Əksinə, bunlar dəyərlərimizə dəyər qatan müəllimlərimizdən, kitabxanaçıdan, arxiv əməkdaşından, arxeoloqdan, kiçib tibb heyəti əməkdaşlarından, məktəb süpürgəçilərindən 100- dəfə dəbdəbəli yaşayır və bunu öz tribunalarından gözə soxurlar.
Bir şou sahəsində olan zorla məşhur edilmiş kimsənin obrazını görən qız, qadın 40-50 il bundan əvvəlki qadınlıq haqqını qəbul edərmi,əlbəttə, yox.


Mən inanmıram ki, indiki na olacaq qızlarımız və yaxud gənc analar milli mətbəximizin incəliklərini öyrəniblər, paltar yumağı, ütüləməyi ərin hüzuruna gətirməyi öyrəniblər. Gərəksiz-gərəksiz müsabiqələr keçirməkdənsə, evdarlıq, analıq müsabiqələri keçirin: görüm 18 yaşından yuxarı qızlarımız 5 layla, 3 oxşama bilirmi, yeməyə nə nədər duz tökməyi bacarırmı, körpəni qundaqlaya bilirmi? Səmimi başa düşülməyimi istərdim. Var belə qızlarımız, əlbəttə, hansısa xoşbəxt ailələrə qismət olub. Amma çoxları evlilik, ailə həyatını serialların, şou verilişlərinin canlandırdığı şəkildə qəbul edib can atırlar.
Bu gün 60-dan yuxarı yaşı olan qadın, kişinin ata-anaları kimi ata-analar inanmıram ki, bu gedişlə daha olacaq. Siz öz həyatınızda gecə hamıdan sonra yatıb hamıdan tez oyanmış an-ataları görməmisinizmi? Biz məktəbə gedənə kimi samovar qaynanmış olardı, süd bişirilmiş olardı. İsti çörəklə yaxma edib bizi məktəbə yola salardılar. Analar uşaqları ilə süfrə arxasında heç vaxt oturmazdılar. Hamını yedirib, içirdib yola salandan sonra oturub tənha dümələnərdilər, bir şey qalısrdısa, ağızlarına atardılar. Həmin həyatı, analıq qayğılarını indiki analar-atalar yaşamış olsa olardısa, 70-80 faizi yüklərini yarı yolda qoyub qaçardıar.
Ailəlrin davamlı, məsuliyyətli olması üçün ciddi hədəflər olmalı, ərin/atanın ailə saxlamaq imkanları tam təmin edilməli, qadınların məişət şəraiti son dərəcə yüksək səviyyəyə gətirilməli, uşaq bağçaları işbazların himayəsindən çıxarılmalı, ürəyini uşaqlara verənlərə həvalə edilməlidir. Ailələr hər doğulan uşağa görə münasib müavinət almalıdır. Mətbuat və televiziya bizim nümunəvi ailələri, qadınları, anaları, 30, 40, 50 il bir yastığa baş qoyan sədaqət timsallarını şou obrazlarının, 2 dəfə boşayan, 3 dəfə ərə gedən obrazların ayağıana verməməlidir. Onda həyatda gözəl və mənalı olar. Hər kəs özünü yaxşılar gərgəsində sayılan, seçilən görə bilər.
Onda ailələrimizin davamlılığı və keyfiyyəti gözəl olar.

Qeyd: Yazıda bəzi internat məlumatlarından istifadə edilmişdir.