İntellekt

Məntiqi təfəkkür şagirdlərin düşünmə qabiliyyətləri və intelektual səviyyələrinin yüksəltməyə, bilik və bacarıq vərdişlərinin daha məzmunlu, daha ətraflı formalaşmasına kömək edir, Onların müstəqil fikir yürütməsinə xidmət edir. Bu keyfiyyətləri əsas götürərək biz də uşaqlarımıza vaxtaşırı belə çalışmalar təqdim edirik.
Hörmətli valideynər, uşaqlarınızın belə çalışmalardan zənginləşməsi üçün onlara kömək edin. Müəyyən hallarda istiqamətləndiririn də.
Çalışma 1
Səs-söz nümunələrinə əsasən Həsən və Səfərin sənətini müəyyən edin:
Həsən:
– Dadaş təkrar edir ki, bu köhnədir və çox yorulub. Mən isə ona başa sala bilmirəm ki, hələ 20 min də gedər.
Səfər:
Belə məlum oldu ki, mən tələm-tələsikliyə yol verib, üçbucaq formasında deyil, ulduzvari birləşdirmişəm.
Çalışma 2
Xarıbülbül harada yetişir?

A) Şuşa və ətraf ərazilərdə; B) Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində);
C) Şuşa və ətraf ərazilərdə; Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində); D) Hər yerdə
Çalışma 3.
Şəkildəki adamların hansı solaxaydır?

Cavablarınızı gözləyirik !
Mənbə: İnternet




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.