İncəlib iynədən keçmək

Dilimiz varlığımızdır

Dil ailəsi baxımından frazeloji vahiddir. Bədii təsvir vsitələri baxımından litotadadır: mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır.


“İncəlib iynədən keçmək” idadəsi də litotadır, yəni, həddindən artıq arıqlamaq, zəifləmək, incəlmək mənasını ifadə edir. İfadə ilk dəfə “İncil”də işlədilmişdir. Burada deyilir ki, dəvənin iynə gözündən keçməsi dövlətlinin cənnətə getməsindən asandır.
Islam aləmində isə bu ifadə Qurandakı mövhumi rəvayətlərdən biri ilə əlaqədar yayılmışdır. Guya cəhənnəmə düşmüş kafirlər orada “dəvə incəlib iynənin gözündən keçənə qədər [hət
tə yəlicə -l-cəməlu fi səmmi-l-xiyati] yanacaqlar. M.Füzuli yazırdı:
Bu dərdlər kim, mənim vardır, bəirin başına qoysan
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.
Yəni, mənim dərdim o qədər çoxdur ki, onları dəvəyə yükləsən, dəvə iynə gözündən keçəcək qədər arıqlayar. .
Müasir ədəbi-bədii dilimizdə “iynənin gözündən keçmək” ifadəsi diribaş, mahir, bacarıqlı mənalarını mənfi çalarlıqda bildirmək üçün işlədilir.
Yazıçı B.Bayramov “Ürək sözü” adlı məqaləsində ya zır:”Dərya təcrübəli usta, iynənin gözündən keçməyi bacaran, dili və söhbəti ilə könüllərin könlünə asanlıqla yol tapa bilən dələduzdur, məhəbbət, mənəviyyat alverçisidir”.

Müəllif: professor Musa Bayramov

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.