Təbriklər

Vətən Müharibəsi Qəhrəmanı  Azad Hümbətov adına  Ekologiya liseyinin 5a sinif şagirdi NurAyla Kazımlının  bu gün doğum günüdür. NurAyla  qızmız   22 oktyabr 2014-cü ildə  Bakı şəhərində dünyaya göz açıb.
Düz 10 ildir ki, Kazımlılar şəcərəsi  hər il barlı-bəhərli payızın  bu gününü ailəliklə  şənlik edirlər. Üzlərdə, gözlərdə sevinc, təbəssüm,ürəklərdə yeni-yeni  arzular.  Bu ailənin süfrəsi hər cürə naz-nemət, şirniyyat və  tortla bəzənir. Payızdır da, ortaya hər cürə  meyvə  də düzülməsə olmaz…  


Meyvələrdə neçə meyvə var yeməli, demək çətindir. Amma bir meyvə  də var ki,  o, payız meyvəsi deyil, könül meyvəsidir. Pafos xatirinə demirik : Övlad könül meyvəsidir… Ömrün sonuna kimi bu meyvəni  dada-dada kama çatırıq, “oxxayyy” deyirik, ən çox da  də baba-nənələr:

  …Şirini şirin olur,
Acısı da baldadır…

NurAyla bala,  sənin təbrikinə təhsil aldığın məktəbin müəllim və şagird kollektivi də qoşulur, “Ana və Uşaq” onlayn ictimai-siyasi, pedaqoji qəzetinin kiçik yaradıcı heyəti də.
Səni necə təbrik edək… Deyəcəyimiz təbriklər sənin məsumluğunun bir zərrəsinə dəyməz. Sənin qəlbin, ürəyin Ay nurunun, nurlu Ayın işıq seli kimi o qədər safdır ki, ora  əzizlənməkdən, sevilməkdən, öyünməkdən, ərkələnməkdən  başqa, heç  bir əlamət, keyfiyyət yaxın düşə bilməyib… Sən və sənin dünyadakı bütün həmyaşıdların buna layiqdir.
  

Biz sizin  hər birinizə  gələcəyimiz kimi baxırıq. Bu vətənin  hər  övladının uğurları  xalqımızı sevindirir,   uğurlu gələcəyimiz üçün ümid bəxş edir. Bizim gənclərimiz  fiziki cəhətdən sağlam olduğu kimi,  mənəviyyatca da kamil şəxsiyyətlər kimi yetişdrilməlidir. Onlar ədəbiyyatımızı, tariximizi, adət-ənələrimizi mükəmməl bilməli, onu qorumalı və yaşatmalıdırlar.

 Bu isə elmi biliklərə yiyələnməklə, öz zehnini daim zənginləşdirməklə mümküdür.  Bunun üçün oxumaq, oxumaq və oxumaq lazımdır.  Siz Azərbaycan təhsilində  şöhrətli yeri olan bir liseyin – Ekologiya liseyinin şagirdlərisiniz. Liseyiniz  Vətən müharibəsi Qəhrəmanı Azad Hümbətovun  adını daşıyır. Bu, siin məsuliyyətinizi bir qədər də artırır. 

  Bu gün bəşəriyyətin başı üstünü alan fəlakətlər sırasında ekoloji  fəlakətlər xüsusilə təhlükəlidir. Noyabr ayının 11-dən 22-sinə kimi Bakıda keçiriləcək  Beynəlxalq COP 29  dünyanın qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbiri olacaqdır.  Azərbaycan dünyanın ekoloji fəlakətlərdən hifz edilnməsinə töhfə  verə bilər.  Mübarizə başlayıb. Amma onu bizim gələcəyimiz olan uşaqlar, Siz  həqiqətə çevirəcəksiniz. Təbiətimizi, ətraf mühiti  siz qoruyub gələcək nəsillərə ötürəcəksiniz. Biz size bu mübarizənin sıralarında   görürük.
Hər ağac bir nəfəs, hər çiçək  bir ümid deməkdir.   Sizin hər biriniz də beləcə  bir ümidsiniz….
Biliklərə əzmlə yiyələnin!
 Sizə uğurlar, cansağlığı, aydın səma, ata-analı, babalı  günlər arzulayırıq.
Ad gününüz mübarək. Valideynlərinizin gözü aydın olsun. Dünyada ən gözəl nə varsa, hamısından  Sizin də olsyn, Sizin  həmyaşıdlarınızın da olsun.

                           

        “Ana və Uşaq”

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!