Təbriklər

2 noyabr Adəm Əliyevin ad günüdür. 11 yaşı tamam olacaq. Böyük şəxsiyyətlərin hamısı belə olur. Onlar dünyaya göz açanda, sadəcə, ailələri, ən yaxınları bilir. Amma boya-başa çatıb müəyyən mənsəbə yetəndən sonra, Vətənin, xalqın şöhrətini göylərə ucaldandan sonra onu daha böyük coğrafiya datanıyıb rəğbət göstərirlər.
Adəm hələ şagirddir. Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin 5-ci a sinif şagirdidir. Sinfin sevimlisidir. Səyahəti xoşlayır. Sərbəst vaxtlarını kitablar arasında olmağı xoşlayır.
Dostu, doğru seçmisən, Adəm bala! Yüksəliş ancaq kitablarla, biliklə olacaq.
Böyük şairimiz Nizami deyib:
Elmlə, hünərlə, başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə bilməz!
Ad günün mübarək!
Anaveushaq.wordpress.com adından, oxucularımız adından səni və valideynlərini təbrik edirik…






