Baş redaktordan

Bu və ya digər bütün nailiyyətlərimiz Cənab İlham Əliyevin müdrik və məntiqli siyasətinin müstəqil Azərbaycanın Yaxın Şərqdə Günəş kimi tülu edəcək şəfəqləridir. Bayraq Gününə açılmış sübh şəfəqli, sülh şəfəqli mehriban səhərimizə bu süjet çox gözəl bir ovqat yaratdı.
Bu günləri çox gözləmişik. Bu günlər üçün analarımız gözüyaşlı qalıb, vüsala qovuşmadan qara geyinmiş neçə-neçə qızımız qalıb, dünyaya qəhrəman atalarını görmədən doğulmuş körpələr gəlib. Bugünkü günlər üçün, sabahkı günlər üçün…
Onların hər birinin qarşısında baş əyirik. Onlarınsilah qardaşlarının qarşısında baş əyirik. Bu qüruru bizə onlar yaşadır. Cənab Ali Baş Komandanımız İlham Əliyev yaşadır.
Bayramlarınz mübarək, cənab Prezident!
Əzizim, Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada…




























Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.