Heç kim belə bayraq üçün əsirgəməz can

Baş redaktordan

Ölkəmizin Baş şəhəri, onun səması, mavigözlü qızı Xəzərinin sahilləri, lacivərd suları bir ayrı hüsnünü yaşayır.  Üçrəngli bayrağımız  yenidən  Bayraq meydanında məvərinə qayıtmışdır.  Özü  də bu dəfə bir qədər də əzəmətli. Eni 36, uzunluğu 72 metr, çəkisi isə 500 kiloqramdan çox olan bu bayraq 191 metrlik ucalıqdan məsud-məsud dalğalanmaqdadır.
 Vətən səmasında, başımız üstündə dalğalanan düşünürükki, əziz Şəhidlərimizin, onların  ideal qardaşlarının vüqarıdır.

Meh əsdikcə bu vüqar simfoniyaya çevrilərək ətrafa yaılır, al üfüqlü sabahlarımıza,  onu seyr edənlərin ruhuna, arzularına  bir  ümid  vəd edir…

Zaman irəli gedəcək. Xalqımız Cənab Prezidentin rəhbərliyi altında tarixi Zəfərini əldə edib. Biz müharibənin vurduğu yaraları öz şəfaverici əllərimizlə sağaldacağıq. Qarabağda yenə toy səsləri, körpə səsləri göyə bülənd olacaq. Oğulsuz qalmış analar onlardan yadigar qalmış nəvələrinin toyunu edəcək, nəvələrini, nəticələrini oollarının can verdikləri bayraq kimi sinələrinə, başları üzərinə qaldırıb Xəfər paradında addımlayacaqlar. Bu bayraq uğrunda canlarını fəda etmiş oğullarımızı xalqımız öz tarixi qədər yaşadacaqdır.
 Dalğalan, gözəl bayrağımız. Sən etibarlı əllərdəsən, kimsə səni bu ucalıqdan  endirməyə cəsarət  etməz.

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başını ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!