Təbriklər

Səfərli Hüseyn İkram oğlunun bu gün ad günüdür. Hələ lap balaca olanda dəftər vərəqindən təyyarələr düzəldib havaya uçurarmış ki, gələcəkdə pilot olacağam. Uçurduğu təyyarələrin hamısı tez də yerə enərmiş. Hüseyn də pərt olarmış ki, bunlar niyə uçub gözdən itmir. Balaca olduğundan bilməzdi ki, onun kağız təyyarələrində heç bir naviqasiya cihazları yoxdur, pilot yoxdur, bələdçi yoxdur. Bu maraqlardan hansı bir duyğusa onda texnologiyaya maraq yaratdı. Dahilik belə başlayır da…

Hüseyn balanın cəmi 10 yaşı var. Özü də hazırladığı təyyarələr kimi xəyallar aləmində uçmağındadır. Hansı peşəni seçəcək, bunu hələ zaman göstərəcək.
Hazırda Bakı şəhəri, Vətən müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin 5-ci ”A” sinfində təhsil alır. Onun doğum günü çox əlamətdarbir günə təsadüf edir. Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Beynəlxalq Konfransı keçirilir. Bu gün Ətraf Mühitin Təhlükəsizliyi bəşəriyyətin qarşısında duran ən böyük problemlərdən birincisidir. Dünyanı qorumaq, onu gələcək nəsillərə yaşıl dünya olaraq ötürmək üçün bütün səylər birləşdirilməlidir. Bu səylər indi başlayır, gələcəkdə də davam etdiriləcək. Onu Hüseyn balanın həmyaşıdları davam etdirəcək.Hüseyn özü də ön cərgədə… Təbiətin bu gün uşaqlara çox ehtiyacı var.
10 yaşın mübarək, Hüseyn bala! Biz sənə və sənin bütün həmyaşıdlarının xəyal və arzularına güvənirik.
Sənin təqdim etdiyimiz məşhurlar sırasında adını indidən görürük… Bunun üçün səylə oxumaq və sağlamlığına fikir verməlisən.
Ad günün mübarək!
Hörmətlə: Anaveushaq.wordpress.com






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.