İbrət

Ana olacaq qadın bir dəfə ərindən soruşur:
– Tezliklə övladımız olacaq: nə gözləyirsən, oğlan, yoxsa qız?
Əri cavab verir:
-Oğlan olsa, mən ona riyaziyyat öyrədəcəm, birlikdə məşq edəcəyik, balıq tutmağı öyrədəcəm və s.

Qadın gülümsəyərək soruşur:
-Bəs qız olarsa?
Ər gülümsəyərək deyir:
-Əgər bu qızdırsa, ona heç nə öyrətməli deyiləm. O, mənə hər şeyi öyrədəcək: necə geyinmək, necə yemək, nə demək və nəyi deməmək.
Tezliklə o, mənim üçün ikinci ana kimi olacaq və xüsusi bir şey etmədən də məni həmişə öz qəhrəmanı kimi görəcək.

Mən ona yox dedikdə anlayacaq və yenə də gələcək ərini mənimlə müqayisə edəcək.
Yaşının neçə olmasından asılı olmayaraq, həmişə ona kiçik şahzadəm kimi davranmağımı istəyəcək. Mənim üçün dünya ilə döyüşəcək, kim məni incitsə, onları heç vaxt bağışlamaz.
Maraq bürümüş qadın onda soruşur:
-Qızınız bütün bunları edir, amma oğlunuz etmir?
Ər dedi:
-Yox, yox! Oğlum da bunu edə bilərdi, amma zaman keçdikcə öyrənməli olacaq.
Qızlar isə anadangəlmə xüsusiyyətlərlə doğulurlar.
Qız atası olmaq hər bir kişi üçün əsl qürurdur.
Sonra qadın dedi ki, bəs fikirləçmirsənmi o, əbədi olaraq bizimlə olmayacaq.
Əri mehribanlıqla cavab verir:
– Bəli, amma biz hər zaman onun yanında, ürəyində, hara getməsindən asılı olmayaraq olacağıq.
Qızlar mələkdir…
Onlar əbədi olaraq qeyd-şərtsiz sevgi və qayğı ilə doğulurlar.

Mənbə: İnternet




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.