Təbriklər

Ekologiya liseyinin V “A” sinif şagirdi İbrahim Məmmədovun bu gün ad günüdür. İbrahim balanın 10 yaşı tamam olur. Bildiyimizcə, İbrahim çaliışqan, iradəli və qururlu uşaqdır. Maraq dairəsi sonsuzdur.

Hər peşəyə rəğbəti var. Gah fırçasını götürüb molbertinin arxasına keçir, gah fotoaparat çiynində təbiətin seyrinə çıxır. Amma deyir ki, polis olacağam. Ol, yaxşı bala. Elə əsl polis olmaq üçün bütün peşələrdən xəbərdar olmaq lazımdır. Mühüm əməliyyatlarda hər sahədən bildikləri onların köməyinə çatır.
İnanırıq ki, sən arzuna çatıb əsrimizn Mehman Atamoğlanovu olacaqsan.
Sən adının mənasını bilirsənmi? “İbrahim” adı ərəbcədən götürülüb, bir çox xalqların mifik atasıdır. Assuriya dilindən hərfi tərcümədə “atam yüksəkdir” mənasını verir.


Bəli, valideynlərimiz çox yüksəkdə dayanırlar. Onların övladları da həmişə ucalığa ona görə can atırlar ki, ataları ucadadır, atasının yanına çıxıb obun çiyinlərinə çiyin versinlər. Sevimli şairimiz Hüseyn Arifin gözəl bir şeiri var:

Nənəm laylasını oxşama saydı,
Kim idim, o məni oxşamasaydı.
Oğul atasına oxşamasaydı,
Dünya başdan-başa heçdi deyərdim.
Bu əlamətdar günündə saytımızın kiçik heyəti adından səni təbrik edirik. Elə atana layiq oğul kimi böyüməyini arzulayırq.
Ad günün mübarək!

Hörmətlə: Anaveushaq.wordpress.com

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!