Pul və sərvət haqqında dərin fikirlər – I yazı

Hikmət bağçası/Kəlamlar

1. Əgər  varlı adamlardan kimsə mənə desə ki, sən ağıllı adamsan, niyə varlı deyilsən,  cavab verərəm ki,  bəs sən  varlı adamsan, niyə ağıllı deyilsən?  

                        Jak Fresk– Amerikalı mühəndis,futurist  

2. Pul sizi olduğunuzdan daha çox edir. Əgər siz artıq pis insansınızsa, pul sizə daha da pis olmaq üçün şərait yaradır. Əgər yaxşı insansınızsa, pul sizə daha da yaxşı olmaq imkanı verir. Əgər onsuz da kobudsansa, pulla daha da kobud ola bilərsən. Əgər səxavətlisənsə, pul sənə daha səxavətli olmağa, səxavətini təklif etməyə imkan verir.

T. Harv Eker – Sərvət və motivasiya haqqında fikirləri
ilə tanınan müəllif, iş adamı və motivasion natiqdir.
“HarperCollins” tərəfindən nəşr olunan
“Milyoner ağlının sairləri” kitabının müəllifidir.

3. Dünyanın bütün ləzzətlərindən həzz almaq azadlığı verən puldur.

                                              Cek London

4. Sərvətin ən yaxşısı ləyaqəti qorumaq üçün xərclənir.

Əli Rza

5. Böyük sərvət böyük köləlikdir.

Seneca

6. Adi zənginləri qarət etmək olar, amma əsl varlıları soymaq olmaz. Ruhunuzda elə qiymətli şeylər var ki, onları əbədiyyət bahasına sizdən almaq olmaz.

                                     Oskar Uayld– irland şairi və  dramaturqu

7.Başınızı böyük xəyallarla doldurmağa çalışın. Başınız sonradan cibinizi pulla dolduracaq.

        8. Pulun dəyərini öyrənmək istəyirsinizsə, borc almağa çalışın.

Benjamin Franklin

9.İstədiyimizə sahib olsaq, zənginik. Ancaq istədiyimiz şey olmadan yaşaya bilsək, güclüyük.

                                George MacDonald –Şotlandiya yazıçısı, şairi

10. Bizi zəngin edən sahib olduqlarımız deyil, sahib olduqlarımız olmadan etdiklərimizdir.                           İmmanuel Kant

11.Diqqətinizi pul qazanmaqdan daha çox insana xidmət etməyə dəyişdirin. İnsanlara xidmət pul gətirər.

                                      Robert Kiyosaki

12.Əgər pulunuzu hələ də saya bilirsinizsə, əslində varlı deyilsiniz.

                                        Jean Paul Getty

13. Pulunuzu qulunuz edin, yoxsa o, ağanız olacaq.

Georgi Bernard Şou

14.Özünüz üçün bolluq yaratmaq istəyirsinizsə, onu başqası üçün yaradın.

                                  Nil Donald  Uolş  — Tanrı ilə söhbətlər seriyasının amerikalı müəllifi;  aktyor, ssenarist və natiq

15.Daha çox qazanmaq üçün daha çox çalışmalı olduğunuz barədə yayılmış yanlış fikirdir. Nəhayət, hərəkətlərinizi deyil, düşüncə tərzinizi dəyişdirdiyiniz zaman qazancınız artacaq.

Brayan Koslou

Davamı var…