Baş redaktordan

25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysi üzrə hərəkət edən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb. Rəsmi məlumata görə, hadisə zamanı təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.

Bu xəbər informasiya kanalları ilə xalqa məlum olan kimi, içimizə hüzn yayıldı. Hansı səbəbdən olursa -olsun, kütləvi insan tələfatı ilə müşayiət olunan qəza, terror hadisəsi faciədir. Qəza səbəbləri, bu barədə səsləndirilən versiyaları hüquq-mühafizə orqanlarımız , təbii ki,ən ciddi şəkildə aydınlaşdıracaq. Bugünkü Azərbaycan daha kiumsənin idarə etdiyi Aərbaycan deyil. Bu xalqın sahibi var, qətiyyətli və uzaqgörən. Amma faciəmiz böyükdür. Hamımız için-için göynəyirik ki, niyə onların köməyinə çata bilmədik.Niyə ekipajın təhlükə barədə xəbərdarlıq etdiyi aeroportlar anındaca köməyə çatmayıblar. Bu dünya bu məkanda yaşayan insanların ümumi evidir əgər hamılıqla onu qoruya bilmiriksə, bu gün A məntəqəsində baş verə qəza sabah, o irisigün digər məntəqələrdə də baş verə bilər. Kaş olmayaydı. Amma hamımızı bu fikir narahat edir ki, niyə müraciət olunan dispetçerlər rədd cavabı veriblər, dolayısı ilə anındaca xilas etmək istəməyiblər? Niyə belə məqamlarda dispetçerlərin laqeydlik və məsuliyyətsizlikləri təhlükədə ikən insan həyatının rədd edilməsi məsuliyyətini özündə ehtiva etməsin?

Yadıma 1970-ci il düşdü. Onda biz 9-cu sinifdə oxuyurduq. 1970-ci il oktyabrın 15-i idi. SSRİ-də xaricdə ilk SSRİ təyyarəsinin qaçırılması hadisəsi baş vermişdi. Litvadan olan terrorçu ata və oğul sərnişin təyyarəsini qaçıraraq ekipajı Türkiyəyə endirməyə məcbur etmişdilər. Bu, SSRİ-də ilk hava terroru idi. O illər qəzetlərin verdiyi məlumaata görə təyyarə ilə uçmaq dəmir relslərin üzərində hərəkət edən tramvayın sərnişini olmaqq qədər sadə idi. Ona görə də aviasiya hadisələri çox olurdu. Bunların çoxusunun təyyarəyə qədər qarşısı qlınırdı, amma baş tutanlar da olurdu.
Təyyarədə 46 sərnişin, o cümlədən 17 qadın və 4 yaşlı uşaq, həmçinin 5 ekipaj üzvü olubmuş. Batumiyə uçuş vaxtı cəmi yarım saatdır. Havaya qalxdıqdan 10 dəqiqə sonra pilot kabinəsinin düz arxasında birinci sırada əyləşən bir kişi və yeniyetmə stüardessaya zəng edərək və ona silah göstərərək Türkiyəyə uçmaq tələbi ilə pilotlara not verməyi əmr ediblər. Nadejda Kurçenko terrorçuların tələblərini yerinə yetirməkdən imtina edib. O, “hücum” qışqıraraq terrorçuların kokpitinə gedən yolunu kəsməyə çalışıb, müəyyən qədər müqavimət də göstəribmiş. Terroçular onu həm sinəsindən, həm də arxasından güllələyərək qətlə yetiriblər.


Onda biz 9-cu sinifdə oxuyurduq. Kolxoz idarəsinin akt zalında bu münasibətlə böyük tədbir keçirildi.Hamı ələmli idi. Bizdən yuxrı sinifdə oxuyan Ziyafət adlı qız tribunaya qalxdı, hadisə barədə məlumat verdikdən sonra, səhv etmirəmsə, Ə.Kürçaylının bu faciəyə hər etdiyi şeiri söyləmişdi. Zalda o anda, bəlkə də qanı donmamış bir kimsənə ola bilməzdi.
İndi biz müstəqil ölkəyik, öz milli aviasiyamız var. Təəssüf ki, indiyə kimi müxtəlif vaxtlarda bizim aviasiyamız da 11 dəfə belə qəza hadisələri ilə qarşılaşmalı olub. Bu da bir qəza.. Sonuncu olsun. Dünyasını dəyişmiş bütün faciə qurbanlarına Allahdan rəhmət diləyirəm.
Amma təyyarənin komandirininvə ekipajın,eləcə də bələdçi HöküməƏliyeva adibgünlərin qəhrəmanlığını nümayiş etdiriblər. Təəssüf ki, belə peşə sahiblərinin şəxsiyyətini parladacaq xarakterik keyfiyyətləri bizə ancaq onların ölümündən sonra məlum olur.Hökümə bala o kritik məqamlarda əsl vətənpərvərlik nümunəsi göstərib, özünün yox, bütün heyətin və sərnişinlərin salamat qalması üçün yanıb-yaxılıb.
Unutmarıq bu insanları.Bizim Prezidentimiz mütləq heyətin hər bir üzvünün fədakarlığını Vətənin mükafatları ilə dəyərləndirəcək.
Kaş ki, bu qəza baş verməyəydi. Ammaneyləməli. Xalqımızınbaşı sağ olsun.Şəhidlərmizin oldu. İtkisiz mümkün olmadı. Vətənin başı sağ olsun! Faciənin qurbanı olmuş heyətin üzvlərinə, bütün sərnişinlərə Allah rəhmət etsin!Yaralanmış vətəndaşlarımız tezliklə sağalıb, sıramıza qayıtsınlar…






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.