Ürəkdolusu qürurla keçirdiyimiz hər bir bayramımıza görə Sizə minnətdarıq

Baş redaktordan

4 ildir ki, Vətən torpağının ayrı bir hüsnü vardır. Hər şeydən əvvəl torpaqlarımız yağılardan təmizlənib. Öz ata-baba ocaqlarındanzorla didərgin salınmış qardaş-bacılarımız öz yurdlarına dönürlər. bir 4 ildən sonra, inşallah, bu torpaqları öz istiləri, hənirtiləri ilə əvvəlki məcrasına qaytaracaqlar. Qarabağ bülbüllərinin səsi yenı azad Vıtən torpağının səmalarında bülənd olacaq. Xarı bülbül əvvəlki işvəsi ilə çölümüzü-düzümüzü bəzəyəcək… Bunlar hamısı bizimdir, bizim bu torpaqda dünyaya gələcək körplərimizindir…

Biz bu Zəfəri , Xilası özümüz əldə etdik. Müzıffər Ali Baş Komandanın müzəffər sərkərdəliyi ilə qəhrəman oğullarımız torpaqlarımızı azad etdi. Həm də onları üz-üzə döyüşlərdə bellərini qıraraq azad etdi. Çox oğullarımız həyatını qurban verdui. Çox oğullarımız sağlamlığını itirdi. Biz onları heç zaman unutmayacağıq. Onların silah qardaşları bu gün də Vətənin keşiyindədir. Ali Baş Komandan da müzəffər sərkərdəliyində.
Bu, xalqa sülhümüzün əbədiliyinə, dönməzliyinə bir zəmanətdir.
Əziz Şəhidlər!
Əbədi məkanınız hər zaman nurla dolu olsun.


Əziz əsgər və zabitlərimiz


Yeni iliniz mübarək! Hər zaman dualarımızdasınız. Allah əmanətində. Heç birinizin başından bir tük belə əskik olmasın… Sağ-salamat əzizlərinizə dönün… Siz qəhrəmansınız..