İbrət

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

B.Vahabzadə

Əsl dost o adamdır ki, onun yanına gecə saat 24:00-sa da gedə bilərsən.

Əsl dost o adamdır ki, onunla  həm ağıaya, həm də gülə bilərsən.

Əsl dost o adamdır ki, ən çətin məqamlarda da səni dinləyə bilir.

Əsl dost o adamdır ki, bütün ətrafdakılar səndən üz dğndərəndə, o sənə sadiq qalır.

Əsl dost o adamdır ki, heç kim səni başa düşməyəndə, o səni başa düşür.

Əsl dost o adamdır ki, səni bütün çatışmazlıqlarınla qəbuı edir, hətta bunlar onu ağlatsa belə..

Əsl dost o adamdır ki, sənin xoşuna gəlməsə də,  həmişə sənə həqiqəti deyir.

Əsl dost o adamdır ki, səninlə həmişə səmimidir, çünki bilir ki, onu başa düşəcəksən.

Əsl dost o adamdır ki, başqalarının bağışlamadığın  hərəkətlərini onun üçün keçərsən.

Əsl dost o adamdır ki, özünə görə sənilə dostluq etmir, arada inciklik olanda da səninlə eyni münasibətdə olur.

 Əsl dost o adamdır ki, sənin üçün ən qymətli olanlarını belə əsirgəmir: vaxtını, maraqlarını, qiymətli olan  maddi  hər şeyini.

Cəsarətlə kim deyə biləcək ki, mənim belə dostum var.

Hafiz Baxış – Bizim dost itirən vaxtımız deyil

Bizim dost itirən vaxtımız deyil!
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş

Uçurub aparır hər saat, hər il –
Bizim dost itirən vaxtımız deyil!
Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.

Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyil-
Bizim dost itirən vaxtımız deyil!
Tutmursa xasiyyət, tutmursa ürək,

Havayı duz dadıb, kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil –
Bizim dost itirən vaxtımız deyil!

Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-

Bizim dost itirən vaxtımız deyil!
Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,

Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!
Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.

Dost sənə “çor” desə, sən ona “can” de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!
Hafiz, dar ayaqda dosta ol dayaq,

Dostluğu müqəddəs bir nemət sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil –
Bizim dost itirən vaxtımız deyil!

                               Toplayanı: Vüsal Əhmədov

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!