Dünya xanımları həyat yoldaşlarını necə əldə saxlayırlar

Sərbəst səhifə

Amerikalı xanım işgüzarlığı ilə


Alman xanımı mətbəxi ilə


Fransız xanımı vücudu ilə


İngilis xanımı etikası ilə


İspan xanımı həyasızlığı ilə


Kibalı xanım ehtirası ilə


Meksikalı xanım rəqsi ilə


Polyak xanım  nəvazişi ilə


Yəhudi xanımı dözümü ilə


Rus xanımı dedi-qodusu ilə


Yunan xanımı gözəlliyi ilə


Yapon xanımı çoxbilmişliyi ilə


Azərbaycanlı xanım  uşaqları ilə

 Bunlar mənim internetdə çoxdan rast gəldiyim məlumatlardır. Yəni, bu cür yazıların pylaşılmasında   hədəf  əyləncədir. Əyləncəsiz də olmaz. Amma digər mövzular ıa nisbət nəinki pozulmamalı əksinə, üstünlük milli dəyərləri ehtiva edən yazı və paylaşımlara verilməlidir. Amma nə edəsən ki, üstünlük hələki şou mövzularındadır. Balans cəhənnəm, dəyərlərimiz aşınmalara məruz qoyulur.  Bəzən də şou eyforiyası naminə ölçmənin özü   zədələnir.   Azərbaycan qadını bir vəfa rəmzidir. Onun əslobrazını yaratmaq üçün , paylaşmaqü üçün hər kəs məsuliyyət hiss etməlidir.

Beynəlxalq Ölçü Vahidləri Sistemi var. Sayı 7 olan bu əsas vahidlər  etalondur, onlar səhv etməz.
Amma dünya qadınlarının  öz mentalitetlərinə xas keyfiyyətlərinı  hansı ölçmə ilə müəyyən edilir, görək indi  bu ölçmələr  safdırmı, ədalətlidirmi, lazım olan  keyfiyyətləri və xüsusiyyətləri tam aşkarlaya bilirmi və sair.  Bizə belə qiymətqoymalar lazım da deyil. Heç zaman  lazım olmayıb, indidə lazım deyil, sabah da lazım olmayacaq. Bizim dəyərləri ağbirçəklər, ixtiyar qocalar müəyyən edib, artıq qanımıza, ruhumuza hopub. 100illərdir qanla, canla davam etməkdədir.

Təqdim etdiyimiz sıralamada  yer alıb ki, Fransız xanımı ərini  vücudu ilə , Kibalı xanım ehtirası ilə, Yunan xanımı gözəlliyi ilə özünə əsr edir. Avropada nə olur, necə olur, öz işləridir.  Azəbaycanın ailə -əxlaq dəyərlərində isə  ehtirası,  vücudu heç vaxt  nəzərə çarpdırmaq  meyli olmayıb.  Azərbaycan kişinə görə qadının qadınlıq cizgiləri   heç vaxt paylaşılmaz.  Avropadan son illər çox gərəksiz meyilər sirayət etdi Azərbaycana, biri də bu  oldu. Biz kəndimizə qayıtmalıyıq.  Qarabağ hadisələrində  murdar ermənilərin təcavüzünə məruz qalmamaq üçün   özlərini qayalardan atan nə qədər qızımız, qadınımız olub. Əhməd Cavadın xanımı (Allah ikisinə də qəni-qəni rəhmət etsin) sürgünə  gedəndə əsgərlərin təcavüzünə məruz qalmamaq üçün  ayaqyoluna girib paltarlarını   ayaqyolunun döşəməsinə sürtübmüş ki, üfunətli olsun, azğınlar ondan uzaq dursunlar. 20 yanvar hadisəıləri zamanı Fərizə qızımız Azərbaycan qadınlarının izzət-nəfsini dönə-dönə dünyaya sübut etdi.  Başqa ölkələrdə  ailə dyəndə qadın sözü arvad kimi başa düşülür, amma Azərbaycanda həyat yoldaşı kimi. Bəli, Azərbaycan qadınları dünyanın bütün qadınlarından öz məxsusi keyfiyyətlərinə görə seçilir.  Azərbaycan kişisi öz qadınını  halalı kimi  qəbul edir, belə  adlandırır. Dünyanın heç bir yerində  qadına belə fəxarətli mənsəb verilməyib.