Ad günün mübarək!

Təbriklər

Bu da bizim Rüstəmli Mətin… 291 nömrəli Ekologiya liseyinin  5 A sinif şagirdi…  Fevralın 20-də 11 yaşı olacaq.

Mətin sinfimizin daha bir sevimlisi və fəal şagirdlərindən biridir. Hər zaman çöhrəsində təbəssüm bərq vurar. Müdrikləri ona Mətin adını  təsadüfi   seçmyiblər .    Arzu ediblər ki,  sağlam böyüsün, savadlı olsun, həyat yollarında mətin addımlasın. Biz dostumuzun   bu etimadı doğruldacağına inanırıq. Bütün  kollektivimiz  adından Mətini ad günü  münasibəti ilə təbrik edirik.

Ona həmişə zirvələrdə olmağı arzulayırıq, həmişə şevilməyi arzulayırıq.

Ad günün mübarək!

  Sinif yoldaşları adından təbrik etdi: Akif Əhməd

Leave a Reply