Baş redaktordan

Göstərin hamıya insan dağını,
Dünya səksəkəli, qulağı səsdə.
Keçirin bəşərin yığıncağını,
Naməlum əsgərin məzarı üstə.
Sovet dövründə biz bu ruhu Qələbə günündə yeni böyüməkdə olan nəslə öyrədirdik. Onları faşizm ideyalarına qarşı barışmaz və mübariz olmağa alovlandırırdıq. Əsrin sonunda biz faşizmin daha hiyləgər və əqrəb xislətli savamçıları olan erməni caniləri ilə qarşılamalı olssuq. Onlar heç vaxt bu xalqa güc gələ bilməzdi. Təkcı bir Ağdam oğulları bəs idi ki, onların başını orada qapaz altında saxlayardı. 366-cı alayın himayəsi, Qarabağ probleminı dünyada mövcud olan ikili münasibət torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi.








… Torpaqlarımızı xarabazara çevirsələr də, Qarabağ bülbülləri üçub uzaqlaşmadı yuvalarından, budaqlarından. Xocalıdan olan qız- gəlinlərimiz də vəfa simvoluna çevrildilər. Bu illər ərzində onlar hörüklərinə daraq çəkib sığal vermədilərsə də, güzgü qabağına keçmədilərsə də, ilviyyətlərini qorudular, bu günü gözlədilər. Bu gün parlaqlığını itirmiş nə qədər güzgü indən belə Xocalıdan, Qarabağdan olan qızımızın, gəlinimizin camalından yenidən bərq vuracaq. Bu vəfanın, sədaqətin sahiblərini tapacaq. Hər qızımız, hər oğlumuz öz tənlərindən ayrı düşmüş tənlərinə yenidən qovuşacaq,həm də bu dəfə əbədilik. Xocalıda, Şuşada,Ağdamda, Füzulidə, Laçında, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə bu yurdun varisliyini davam etdirəcək yeni nəsillər pərvaz edəcəkdir.

Fikrət Qocanın misralarını bəlkə maanşet şəklində verməyimi oxucularımız qınayacaq. Mən də sizin biriniz. Murdar ermənilər nə qədər ki, burada idi, bu faciələri onda da anırdıq, amma indiki kimi yox. İndi müəyyən qədər toxtaqlıq tapa bilirik ki, sevinirik ki, murdarlar torpaqlarlmızdan it qovulan kimi qovulub. Xocalıda, eləcə də işğaldan azad olmuş digər ərazilərdə gedən quruculuq işləri, şəxsən hörmətli Prezidentimizin ailəsi ilə birlikdə tez-tez İşğaldan azad olmuş torpaqlarda olması, işlərin tempini sürətləndirdiyi kimi, təhlükəsizliyimizə əminliyimizi də qat-qat gücləndirir.bir daha o günlərin təhlükələriilə qarşılaşmamaq üçün birliyimiz, eyni amal uğrunda fəaliyyətimiz mütləqdir. Bu amal uğrunda nə qədər canlara dəyən oğullarımız şəhid olub. Onların silah qardaşları indi d Ömər aşırımında sayıqlıqla torpağımızı, bizi qoruyur. Allah da onları qorusun. Birinin başından bir tük əskik olmasın. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Hər bir uğurumuzu onların xatirəsi ilə qeyd edəcəyik..







