5 mart Od çərşənbəsi günüdür

Təbriklər

Qarabağı nankor ermənilər  özləri kimi nankorlarla bieləşib yağmalamışdılar.  Yoxsa, təkcə   Ağdam  rayonunun  Canpoladları onları  bizim  olan torpaqlarda qurduqları evlərinə qədər qovar,   onların bir də baş qaldırmağa cəsarətləri çatmazdı.

      Amma   bu torpaqların   Canpoladların   cəsarətlərinin üstünə cəsarət toplanırdı.  Hazırlanırdı. Onlar Qarabağı əsarətdən xilas etməyə  Ali Baş Komandanın əmrini gözləyirdilər Və bu əmr verilən kimi onlar Cənab İlham Əıiyevin yeni dünya düzəni üçün yeni olan qalib gəlmək   məharətini göstərdilər.

Qarabağ azad olundu. Bizim əsgərlər ermənilərdən fərqli olaraq öz torpaqlarını şərəflə azad etdilər,   döyüşə-döyüşə azad etdilər.   Bu gün o torpaqlrda baram tədarükü görmək, tonqallar çatmaq   sözlə ifadə edilə bilməyən   səadətdir, sevincdir. Bu sevinci bizə qəhrəmanəsgər və zabitlərimiz bəxş etdilər. Bu gün o torpaqlarda çatılan   tonqallar şəhidlərimizin şərəfinədir, əsgər və zabitlərimizin  şərəfinədir. 

Od Çərşnbəniz mübarək , əziz Əsgər və zabitlərimiz! Hörmətli Ali Baş Komandan! Xalqımıza  bəxş etdiyiniz   bu  qürur üçün  xalqımız hər zaman  Sizə duaçı olacaqdır.