Fotoqalereya
Yumorovqatlı

Bu gün Yel çərşənbəsidir. “Yel” sözü dilimizdə həm də ruzgar, külək kimi işlənilməkdədir. Eyni mənaları ifadə etsələr də, akustik baxımdan bir az fərqlənirlər. “Yel”, “külək” sözləri səsləndirərkən duyğularımızda küləyin ehtizazını hiss etdirə bilir. Amma “ruzgar”sözü öz fiziki halından daha çox, bu halın, hərəkətin son nəticəsinin yaratdığı assosiasiyanı beyinə doldurur.

Küləyin gücünü 12 ballıq Bofort şkalasına görə ölçürlər.
Dünya düzənində baş verən təbii fəlakətlər təkcə dünyanı silkələməklə ötüb keçmir. O həm də həyatın, yaşamın özünün keyfiyyətini heçə endirir. İnsan yaradıcı olmur, heç nəyə ümid etmir…
Məsələn, təbii fəlakətlərin sayına görə 2008-ci il 2005-ci qasırğaları və 1995-ci ildə baş verən Kobe zəlzələlərinin yanında ən dağıdıcısı kimi yadda qalıb.
Sürəti saatda 100-150 km-ə qədər çatan şiddətli küləklər var, onlar zəlzələdən sonra ikinci yerdədir. Ümumilikdə qasırğaların diametri 50-800 km genişliyindədir. Belə qasırğalara “Tornado” adı verirlər.
Dünyada ən şiddətli qasırğa kimi Beufort ,Tayfun və Katrina və s. qasırğalar məşhurdur.
Qasırğalar həm də böyük dəniz dalğalarına və qabarmalarına səbəb olur. Qasırğaların ardınca da əraziyə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur. Bunlar təbii fəlakətlərin bir-birini şərtləndirdiyinin xəritəsidir.
Daha sonra qlobal iqlim dəyişkənliyi quraqlıq, daşqınlar, sel, içməli su ehtiyatlarının çatışmazlığına səbəb ola bilər.
Bunlar külək haqqında elmi mənbələrdən oxuyub bildiklərimizdir. Küləyin, təbii ki, faydaları da var.
Məsələn:
1. Hava İstiliyini tarazlayır.
2. Yağış yağdırar
3. Enerji qaynağıdır
4. Bitkilərin tozlanmasında iştirak edir. Yəni, bir sıra bitkilərin tozlanması üçün məhz küləyə ehtiyacları vardır.
Külək olmazdısa, insanlıq üçün saysız-hesabsız problemlər yaranardı.
Ona görə də faydalılardan istifadə etmək, təhlükəli olanlarına qarşı ayıq-sayıq olmalı, təbiətin dilini öyrənməli, qorunmalı…. Bizim hörmətli qadınlar, qızlar ya bunları bilmir, ya da qorxmurlar. Küləklihavada çətir götürmək paraşütlə atılmaq kimidir. Sürəti saatda 100-150 km-ə qədər çatan küləyin zərif bir vücudu çətir qarışıq aparıb dənizin, okeanın o tayında yerə salsa, indi, iraq-iraq, valideynlər yavrularını harda axtarsınlar, hardan tapsınlar. Əlbəttə, tək olmasa idilər, bu xəta da baş verməyəcəkdi. Lazım gələcəkdisə, proletar özünü qabağa verəcəkdi…
Nəbadə Milli Hidrometeorologiya Departamenti küləkli hava şəraiti barədə proqnoz verəndə siz də gəzintiyə tək çıxasınız…

















Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.