Təbriklər

Şəkər Aslan – Xoşbəxt olsun uşaqlar

Hər uşaq bir çiçəkdi,
Gülümsəyir günəşə.
Hər ana körpəsilə
Xoşbəxt olur həmişə.

Nəqarat:

Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar

***

Gələcəyə yol açan
Ayaq izləri olsun.
Hər evə işıq saçan
Körpə gözləri olsun.

***

Hər bağçada, hər bağda
Nəğmələri ucalsın.
Boy atıb, bu torpaqda
Cavanlaşsın, qocalsın.

 

10  mart  291 №-li Ekologiya liseyinin V A sinif şagirdi  Hüseyn Qurbanlının  ad günüdür. 11 yaşa kimi   bu qədər rəbət qazanıbsa, sevilibsə, deməli,  burada üfüqlər  sakitdir.  Əmin-amanlıqla  açılan  sabahlarımızda Günəşin zərrin şəfəqləri torpağımızın canına bələnib onu cana gətirdiy kimi,   Hüseyn balanın xoş sədaları, təhsil uğurları, sosial  başarıları da   təhsil aldığı  məktəbin pedaqoji kollektivinin,  Qurbanlılar şəcərəsinin   qram-qram, sm-sm   böyütdükləri ümid cücərtilərini  ətə, qana hopdurur. Sevimli müəllimləri, mənim də sonsuz rəğbət bəslədiyim  Sevinc Hüseynovadan  onun haqqında soruşanda, ancaq xoş sözlər eşitdim. “Dərslərini yaxşı oxuyur, gözəl rəqs edir, dama oynadığı hər kəsə qalib gəlir . Hədsiz dərəcədə də səmimi və təvazökar şagirdlərimizdən biridir,-”dedi.  Böyüməkdə olan  nəslin hər bir üzvünün yüksəkbilikli,  dərin əqidəli və vətənpərvər  şəxsiyyətlər kimi formalaşması  təkcə ailənin və məktəbin  hədəfi deyil, həm də cəmiyyətimizin, dövlətimizin hədəfidir. Biz onların hər birinə dövlətimizin strateji hədəfləri kimi  dəyər veririk. Odur k,   belə şagirdıər haqqında eşidərkən tanıyıb-tanımamağımızdan, qohumumuz olub-olmamağından asılı olmayaraq,  hamımız eyni dərəcədə sevinirik.

Hüseynin idmana, rəqsə meyilliliyi, əlbəttə, sevindircidir. Yüksək mənəviyyatlı olmaq üçün gənc nəsil  bütün maddi və sərvətlərimizə bələd olmalıdır. Yeri gələndə,  idman sahəsində, musiqi festifallarında da Vətənə oğulluq borcunu ödəmək olar. 2010-cu ildə Sankt-Peterburqda 19 yaşa qədər uşaqlar arazımda rus daması üzrə keçirilən Dünya dama çempionatında  azərbaycanlı Aslan Aslanov bürünc medal qazanmışdı.  Niyə ümid etməyək ki, Hüseyn bala   ölkəmizə  bu  cür çempionatın  Qızıl medalını gətirməyəcək?!  Mütləq gətirəcək… Hüseyn bala, bütün uğurlarına görə səni, müəllimlərini və valideynlərini təbrik edirik. Daim uğulra doğru boylanmalı, can atmalı və qazanmalısınız…Biz də bu uğularını ilk eşidənlərdən olacağıq.

 

Ad günün mübarək… Səhifəni hazırladı:

 P.S: Anaveushaq.wordpress.com saytı olaraq, Hüseynin  müəllimlərini və valideynlərini  biz də təbrik edirik. Uşaqların arzuları dünyamızın arzularıdır. Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!