Maraqlı məlumatlar

Hər il aprel ayının 1-də Avropada və bir çox Asiya ölkələrində Gülüş Günü keçirilir. Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd olunur. Həmin günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. Gəlin əvvəla bu günün tarixçəsinə bir nəzər salaq. Bəzi mənbələrə görə 1 aprel zarafatının yaranması belə olub:

Təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verib. Amma bundan əvvəl də Fransada yeni ili 1 apreldə qeyd ediblər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmayıb. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam edərək, 1 apreldə şənliklər keçiriblər. Digərləri onları “aprel axmaqları” adlandırıblar. 1 aprelə isə “bütün axmaqların günü” adını veriblər. Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşiblər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası sayaraq Gülüş Günü kimi qeyd ediblər. İndi bütün dünyada 1 Aprel Ümumdünya Gülüş Günü kimi qeyd olunur. Başqa rəvayətə görə, qədim Romada 17 fevralı “Avamlar bayramı kimi” keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf edib. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olub. Havanın yaz şıltaqlıqlarını əhali gülüş və zarafatlarla qarşılamaq məqsədilə bu günü özlərinə xoş ovqat yaratmaq üçün seçib. Azərbaycanda isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur. Hətta həmin gün televiziya kanallarında gedən bəzi xəbərlər, dövri nəşrlərdə dərc olunan informasiyalar da yanlış olur. Özü də bundan heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i aldanmasın (Mənbə:https://portal.azertag.az/az/node/12672). Əlavə: Gülüş haqqında maraqlı faktlar Nə deyirlər-desinlər, qəhqəhə ən yaxşı dərmandır. Niyə gülürük, körpələr bəs niyə gülür kimi  bir çox gülüş problemləri üzərində araşdılma a aparılıb. Məlum olub ki,  dünyanın hər yerində gülüş eyni mənbədəndir, eyni cürə yaranır, eyni cürə davam edir. Bəs gülmək haqqında daha başqa nələr bilirik?

1. Başqaları ilə bərabər olduqda, yalnız olduğunuzdan  30 qat daha çox gülürsünüz. Gülməyin yoluxucu olduğunu deyənlər haqlı!

2. Tez-tez və ürəkdən gülmək orqanizminizin xəstəliklərlə mübarizə etməsinə yardımçı olur. Gülmək orqanizmdə kortizol səviyyəsini salaraq stresin azalmasına kömək edir.

3. Özünüzü gülməməyə məcbur etməyə çalışsanız belə, bu, faydasız olacaqdır. Siz “gülmürəm”,- deyə bilərsiniz, amma beyninizi aldatmaq mümkün deyil.

4. Gülmək olduqca yaxşı məşqdir! Gülərkən  yüzə, mədə və diafraqma əsəblərinizi gücləndirirsiniz. İdman salonunun yerini tutmaz, ancaq bir az gülmək orqanizmə  çox müsbət təsir edir.

5. Gündəlik həyatınızda bədəninizi sağlam tutmaq üçün içdən gələn 15 dəqiqəlik  gülüşlə 40 kalori enerji yandırmış olacaqsınız. Pəhriz bilməz gülüş!

6.  Yerindən, səbindən asılı olmayaraq,  15 dəqiqə gülmək ömrünüzü 2 gün artıra bilər. Gülərək uzun yaşaya!

7. Səhərlər qəhvə içməyi sevmirsiniz,  heç problem deyil. Oyandıqdan qısa bir müddət sonra gülmək bədəndə bir fincan qəhvənin  gətirdiyi təsirə oxşar hiss yaradır. Hər  səhər yuxudan qalxdıqdan sonra gülməyi yaxşıca güldükdən sonra  necə canlandığınızın fərqinə vaınr!

8. İstər inanın – istər inanmayın, amma gülməyin də bir elmi var. Gülmək elmi və gülməyin orqanizmə təsiri “Gelotologiya”   adlanır.

9. Dünyadakı gülən tək varlıq insan deyil. Müəyyən edilməsi çətin olsa da,  bəzi heyvanlarda da gülmək bənzər bir hərəkət vardır. Heyvan dostlarınızı izləməyə başlayın. Sonda sizə gülümsəyirlər.

10. Uşaq və yeniyetmələrlə aparılan işlərə nəzər salarkən uşaqların böyüklərə nisbətən 3 dəfə daha çox gülmə meylində olduğu sübut  edilmişdir. Bir uşaq kimi təsəvvür edin və özünüzdən bir az zövq almağı öyrənin!

11. Bir insan gündə təxminən 13 dəfə gülür, ancaq bu gülüşlərin çox az qismi zarafat və ya təbii olaraq keçirilən təbəssümlər. Çox vaxt təsadüf olan və gülməli olması planlaşdırmayan şeylərə gülürük.

12. Gülmək  fərdlər arasında ani bir əlaqə yarada bilir. Bir qrup olaraq, ya da başqasıyla birlikdə gülərkən, bu insanlarla təbii bir əlaqə qurulur və yeni insanlar ətrafında olmaqdan irəli gələn sosial stresin bir qismini yüngülləşdirmiş olur.

13. Uşaqların böyüklərdən daha çox güldüyü ,  qadınların da  kişilərə görə gülməyə daha meylli olduqları müəyyən olunmuşdur.

14. Təbəssümlü çöhrə  təbəssümlü niyyətlərə, təbəssümlü əməllərə şövq gətirər. Yoxlamaq çətin ki deyil)))

15. Gülmək, həqiqətən, yoluxucudur. Tədqiqatçıları  niyə gülməli bir andan sonra tez-tez qəhqəhə səsi işlədiklərini maraqlandırıb? Əslində, gülməyin mənbəyinin harada olmasının bir əhəmiyyəti yox. Onu eşitmək belə bizi güldürməyə yetir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!