Faydalı məsləhətlər

Hər öyrəndiyiniz yeni məlumatı bir yerə qeyd edin. Bunlar hər zaman qarşılaşacağınız problemləri aradan qaldırmaqda köməyinizə gələcək. Gördüyünüz hər bir iş təkcə rahatlıq, təhlükəsizlik üçün deyil, həm də bu evdə Xanım olduğunu bildirmək üçün edirsiniz. Bununla həm də bütün ailəni qoruyursunuz…

1. Əgər təsadüfən əlləriniz “moment” yapışqanına batıbsa, onda marqarinin köməyi ilə bunu təmizləyə bilərsiniz. Bunun üçün yapışqanlı yerə marqarin çəkin və bir neçə dəqiqə gözləyib yuyun. Əgər “super yapışqan”dırsa, yapışqana batmış barmaqları suya salıb isladın. Sonra super-yapışqanın üzərinə bir qədər düz səpin. Duzun üzərinə bir qədər su əlavə edin. Sonra duzu bir dəqiqə ərzində yapışqanlı sahəyə sürtün. Ağ pasta yaranacaq. İndi əllərinizi yuyun və yapışqandan iz qalmayacaq. 2. Əgər siz istəyirsinizsə ki, sizin mənzilinizdə xoş qoxu olsun, suda bir neçə dəqiqə limon qabıqları qaynadın.

3. Su borusunun ətrafındakı ərpi təmizləmək üçün, bu yeri ilıq sirkəylə silmək lazımdır.
4. İstəyirsiniz ki, mətbəx dəsmalları yaxşı yuyulsun? Onda onları gecədən qatıqda islatmaq lazımdır.
5. Bişirmə vaxtı tərəvəzləri yalnız qaynayan suya qoymaq lazımdır.
6. Təzə kartofdan qabıq yaxşı təmizlənsin deyə, təmizləmədən əvvəl duzlu soyuq suya qoymaq lazımdır.
7. Kartof qaynadarkən dağılmasını istəmirsinizsə, suyuna bir neçə damcı sirkə və duz əlavə edin.
8. Qaynadarkən çuğundurun öz rəngini itirməsini istəmirsinizsə, onu bir qədər şəkər və alma sirkəsiylə birgə bişirmək lazımdır.
9. Çörəyi uzun müddət təzə saxlamaq üçün onun yanına kartof dilimi, yaxud alma və ya bir az duz qoymaq lazımdır.
10. Balın xalis olduğunu necə seçmək düzgündür? Taxta qaşığı bal olan qaba salın, balı çubuğa dolayın. Əgər bal dolanmayacaqsa, onda bal xalis deyil.
Digər 2 üsul: *Balı barmaqlarla əzmək lazımdır, əgər bir müddətdən sonra barmaqların bir-birinə yapışmağı dayanacaqsa, deməli, bala şəkər əlavə edilmişdir. ** Balıqaşıqla gtürürsünüz, bu zaman balın süzülməsi qırılırsa, bu halda da balın qatqısı var. Təmiz balda qaşıqdan süzülən bal lap sısqalşana kimi qırılmır.

Mənbə: İnternet