Poeziya buketi, nəğmə çələngi

Kərimova Flora Ələkbər qızı
Azərbaycanın estrada, muğam və opera müğənnisi, aktrisa, Azərbaycan Respublikasının Xalq artisti
Nə bəxtiyardıq
Sözləri: Hüseyn Arif
Musiqisi: İbrahim Topçubaşov
Gül bağçalar arasında qoşa gəzdik,
Axşamacan yorulmazdıq, inciməzdik,
Bulud ötər, ulduz axar, biz baxardıq,
Nə bəxtiyardıq!..
***
Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
O günləri xatırlaram, xatırlaram,
Nə bəxtiyardıq!..
***
Ey alovlu günlərim,
Qəlbimdə yurd salan sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik…
Hərdən, hərdən o günlərim düşür yada,
Şana tellər zaman-zaman ağarsa da,
İllər ötür, o günləri xatırlaram,
Nə bəxtiyardıq…
Saçlarına gül düzüm
Sözləri: Yusif Həsənboy
Musiqisi: Rauf Hacıyev
Bağcalarda yasəmənlər verdi baş-başa,
Lalələr bürüdü çəməni, düzü.
Ay sevgilim, bu yerlərdə gəzməsək qoşa,
Çiçəklər, çəmənlər qınayar bizi.
Nəqərat:
Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm,
Bilmirəm özüm…
Mehribanim, əzizim, Gəl – gülsün üzüm!..
***
Payız gəldi, uçdu getdi durna qatarı…
Çəmənlər rəngini niyə itirdi?
Yox, solmadi ürəyimdə eşqin baharı,
Arzular, ümidlər min gül bitirdi…***
Qaytar eşqimi
Sözləri: Fikrət Qoca
Musiqisi: Oqtay Kazımi
Dünyada min gözəl tapardım,
Sən mənim ömrümü qopardın.
Qaytar ver ömrümü-günümü.
Sən onu özünlə apardın
Gəl məni ucuz tutma sən,
Getmisən, heç qayıtma sən.
Qaytar ötən günləri sən,
Qaytar, qaytar ömrümü.
Nəqarət:
Ver mənim eşqimi,
O sənə heç gərək deyil,
Gəl qaytar eşqimi,
O solğun bir çiçək deyil.
***
Uzanıb qaldı əllərim,
Əlimdə soldu güllərim.
Mən sənə qayıt gəl demirəm,
Qaytar o ayları, illəri.
Gəl məni ucuz tutma sən,
Getmisən, heç qayıtma sən.
Qaytar ötən günləri sən,
Qaytar, qaytar ömrümü