Tarixdə bu gün
İlin 170-ci (uzun illərdə 171-ci) günü.

Mühüm hadisələr:
1992 — Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1900— Cümhuriyyət tələbəsi, həkim, professor Mürsəl bəy Adilxan bəy oğlu Şahsuvarov Zəngəzur qəzasının Minkənd kəndində anadan olmuşdur.
Mürsəl Şahsuvarov əvvəlcə Gəncədə, sonra isə Tiflisdə təhsil almışdır.
Arxivdə onun Tiflisdəki Impеrator Alеksandrın adına gimnaziyanı bitirməsi barədə sənəd vardır.
310 saylı Kamal şəhadətnaməsindən məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğlu 1913-cü ildə Tiflis oğla gimnaziyasına daxil olmuş və oranı 1918-ci il fеvralın 18-də bitirmişdir.
1919-cu il noyabr ayının 23-də M. Şahsuvarovun Azərbaycan Rеspublikası Xalq Maarif Nazirliyinə ünvanladığı ərizəsində dеyilir: “Sizdən xahiş еdirəm ki, məni Almaniyaya Tibb Institutuna daxil olmaq üçün hökümət hеsabına еzam еdəsiniz.”
Mürsəl bəy Şahsuvarov Münhеn Univеrsitеtinin tibb fakültəsini uğurla bitirib… Vətənə qayıtmamışdır.
İstеdadlı gənc təbibi alman həmkarları Hamburq şəhərində ixtisasına görə işlə təmin еtmişlər.
O, bir nеçə il Tropik Xəstəliklər Institutunda çalışmışdır. Gənc alim burada dissеrtasiya müdafiə еdərək, tibb еlmləri doktoru adını almışdır. Azərbaycanlı alim Hamburqda tanış olduğu alman qızı Marqarita xanımla ailə qurmuşdur. Otuzuncu illərdə ər-arvad Bakıya qayıtmışlar. Bakıda еlmlər doktoru olan Cumhiriyyətin tələbəsinin və onun alman zövcəsinin Amеrika Birləşmiş Ştatlarından gəlmiş qonağı da olarmış. Bu, Mürsəl doktorun baldızı oğlu ABŞ vətəndaşı Hüqo idi…
1937-ci ildən başlayaraq, doktor Şahsuvarovun mənzili bir daha qonaq üzü görmədi. Onu Sibirə, Maqadana on il müddətinə sürgün еtdilər. Onun xanımı Marqaritanın da başı üstünü təhlükə almışdı.
Sədaqətli qadın Mürsəl bəyin məsləhətinə qulaq asaraq, bacısı oğlu ilə birlikdə Almaniyaya qayıtmalı oldu.
Profеssor Hans Fodеlin Mürsəl bəyə еtmiş olduğu bir tarixi xidməti də qеyd еtməmək olmaz. 1937-ci ildə Mürsəl bəyin еvində axtarış zamanı Münhеn Univеrsitеtini bitirmək barədə diplomu yoxa çıxmışdı. M.Şahsuvarov Almaniyaya göndərdiyi məktublarından birində kеçmiş tələbə dostundan xahiş еtmişdi ki, mümkünsə, ali məktəb diplomunun surətini çıxartdıraraq Bakıya göndərsin. Alman profеssoru azərbaycanlı həmkarının xahişini yеrinə yеtirmişdi. Diplomun surəti əldə еdildikdən sonra, Cumhuriyyət tələbəsi, tibb еlmləri doktoru, profеssor Mürsəl Adilxan oğlu Şahsuvarov Bakıdakı Fuad Əfəndiyеv adına 4 saylı Şəhər Klinik Xəstəxanasına işə qəbul еdilmişdir.
1971-ci il aprel ayının 21-də vəfat еdib.

1900— Məşhur aktyor, Xalq artisti, Qırmızı Əmək Bayrağı ordeni laureatı Möhsün Sadıq oğlu Cəfərov (Möhsün Sənani) Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olmuşdur. 4-5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğuna görə, 1909-cu ildən işləməli olur.
O, eyni zamanda yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirirdi. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır.
Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin aqırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan: Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılmışdır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan “Səbuhi”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək kifayətdir.
11 fevral 1981-ci ildə 80 yaşında Bakıda vəfat etmişdir.

1958— Azərbaycanın Milli Qəhrəmanı Səfa Fətulla oğlu Axundov Masallı rayonunda anadan olmuşdur.
İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonunda davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi.
Şəfa Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroporta pilot təyin edilir. Daha sonra Pribaltikaya köçür, bir müddət Riqada yaşayır.
Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq, 1987-ci ildə Azərbaycana dönür. 1989-cu ildə Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.
Evli idi, iki oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Səfa Fətulla oğlu Axundov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur
Vəfat etmişdri:

1920 — Məşhur ictimai-siyasi xadim Fətəli xan Xoyski 44 yaşında qətlə yetirilmişdir.
Fətəli xan Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri və Cümhuriyyətin ilk Nazirlər Kabinetinin sədri olub. Milli dövlətin qurulmasında və tanıdılmasında böyük xidmətlər göstərib.
Keçmiş xan nəslindən olan Fətəli 1875-ci il dekabr ayının 7-də Şəkidə doğulmuşdu. Həmin dövrün kübar təbəqəsinə mənsub olduğundan yaxşı təhsil ala bilmışdı. Moskva Universitetinin hüquq fakültəsini bitirəndə 22 yaşı vardı…
Xidməti fəaliyyətinə Tiflis məhkəmə palatasında başlayan Fətəli xan Xoyski 1907-ci ildə dörd azərbaycanlı ilə bərabər Rusiya Dövlət Dumasına deputat seçilir. Dumada insanlara milli və dini mənsubiyyətə görə məhdudiyyət qoyulması prinsiplərinin ləğvinə dair qanun layihəsini təqdim edən 173 deputatdan biri olur.
Onun deputatlığı cəmi dörd ay çəkir. 1907-ci ilin dekabrında Dövlət Dumasına deputat seçilən Fətəli xan 1908-ci ilin iyun ayında çar II Nikolayın dumanı buraxması ilə bu missiyasını başa vuraraq peşəkar fəaliyyətinə qayıdır. Əvvəlcə Yelizavetpol (Gəncə), daha sonra Bakı dairə məhkəmələrində işləyir. Eyni zaman, bir sıra xeyriyyə təşkilatlarında ictimai fəaliyyətlə məşğul olur.
1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişi baş verəndə bunu qəbul etməyən Fətəli xan Xoyski Tiflisə gedir və Zaqafqaziya seyminin azərbaycanlılardan ibarət fraksiyasına daxil olur. 1918-ci il aprelin 22-də Zaqafqaziya hökumətində Ədliyyə naziri vəzifəsini tutur.
O dövrdə hadisələr çox sürətlə cərəyan edirdi. Zaqafqaziya Seymi ömrünü çox tez başa vurur. 1918-ci il mayın 27-də tərkibinə Fətəli xanın da daxil olduğu Azərbaycan fraksiyası Azərbaycan Milli Şurasını yaradır. Şuranın bir gün sonra – mayın 28-də keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunur. Fətəli xan Xoyski yeni yaradılan Cümhuriyyətin başçısı seçilir.
Birinci Nazirlər Kabinetini formalaşdırmaq ona həvalə edilir. O, İkinci və Üçüncü kabinetin də sədri olur, eyni zamanda, həmin kabinetlərdə ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edir. Həyat və fəaliyyətinin bu dövrünü bütünlüklə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, Ermənistandan və erməni millətçilərindən gələn təhlükələrin dəf edilməsi uğrunda mübarizəyə həsr edir…
Azərbaycanın müstəqilliyinə əsas təhlükə isə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhdlər edirdi.
1920-ci il dekabrın 5-də Rusiya Xarici İşlər Xalq Komissarlığına bu məzmunda bir nota göndərir: “Azərbaycan hökuməti rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacib və arzuolunan olduğunu nəzərə alaraq hesab edir ki, bu və ya digər məsələlərlə bağlı aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərti ilə baş tuta bilər”.
Bu nota Fətəli xanın ən çətin anlarda belə milli ləyaqət hissini uca tutduğunu göstərən bir nümunədir. Həmin notadan bir neçə ay sonra, 1920-ci il aprelin 28-də qırmızı ordu hissələri Azərbaycanın suverenliyini pozaraq, ölkəmizə soxuldular.
Fətəli xan Vətənini tərk edərək Gürcüstana getməyə məcbur oldu. Amma ölümdən qurtula bilmədi. Heç iki ay keçməmiş – 1920-ci il iyun ayının 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi. Ömrü qısa olsa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi.

2007 — Görkəmli dilçi alim Bəşir Abbas oğlu Əhmədov 75 yaşında vəfat etmişdir.
Bəşir Əhmədov 1932-ci il 5 mayda Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 7 illik təhsilini Alakol kənd məktəbində, orta təhsilini isə Gədəbəy rayonunun Qoşabulaq kənd orta məktəbində almışdır. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1955-ci ildə həmin universiteti bitirmişdir. 1953-cü ildən elmi məqalələri mətbuat səhifələrində dərc olunmağa başlamışdır. 1955-ci ildə Mərəzə qəsəbəsində (Şamaxı rayonu), daha sonra isə Əli Bayramlı (Şirvan) rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. Elə həmin il Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Dəmirçizadənin rəhbərliyi altında “V sinifdə Azərbaycan dili fonetikasının tədrisi” mövzusunda namizədlik, 1967-ci ildə “Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi” (elmi məsləhətçi prof. Ə.Abdullayev) adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-1966-cı illərdə Azərbaycan ETPEİ-də elmi işçi, sonra elmi katib vəzifələrində çalışmışdır. 1966-1971-ci illərdə M.F.Axundov adına APRDƏİ (indi BSU) Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının, 1971-1976-cı illərdə isə V.İ.Lenin adına APİ-də (indi ADPU) Pedaqogika kafedrasının müdiri işləmişdir.
1976-1984-cü illər arasında APXDİ-də pedaqogika fənnini tədris etmişdir.
1984-cü ildən ömrünün sonuna qədər Bakı Slavyan Universitetində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına rəhbərlik etmişdir.
Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.
Bayram və xüsusi günlər:

Bu gün dünyada Atalar Günüdür.
Bu gün ilk dəfə 1910-cu ildə Vaşinqtonda qeyd edilmişdir.
1972-ci ildən isə hər il iyun ayının 3-cü bazarı rəsmi olaraq Atalar Günü təsdiqlənib.
Atalar Gününü qeyd etmək Smart Dodd adlı bir amerikalı qızın təşəbbüsüdür. O, Analar Günü olduğu kimi Atalar Gününün də qeyd olunmasını təklif edib. Doddun zabit olmuş atası 6 övladını tək böyüdübmüş.
Dodd iyunun 5-də — atasının doğum günündə Atalar Gününün keçirilməsinə çalışıb. Amma işləri yekunlaşdıra bilmədiyindən, yubanıb.
1966-cı ildə o dövrün prezidenti Lindon Conson bəyanat yayaraq, hər il iyun ayının üçüncü bazar gününün Atalar Günü kimi qeyd ediləcəyini bəyan etdi. 1972-ci ildə Atalar Günü ABŞ-da prezident Riçard Niksonun imzası ilə qanuni olaraq dövlət bayramı elan edildi.
Həmin vaxtdan bu gün iyunun 3-cü bazarı günü qeyd olunur. Bu il Atalar Günü iyunun 19-na düşür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.