Tarixsə bu gün

Mühüm hadisələr:

1992 — Azərbaycan Respublikası Sudan ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

90

1935—Azərbaycan Dövlət Mükafatı Laureatı, şair Məstan Rəsul oğlu Əliyev (Məstan Günər)Tovuz rayonunun Əsrik- Cırdaxan kəndində anadan olmuşdur.

Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır .

İlk şerləri “Sosializm kəndi” rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İsti köynək”, “Körpü” şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri “Məstan Dəmirçioğlu”, “Məstan Əsrikli”, “Məstan Məsum” təxəllüsü ilə çap edilmişdir. İlk kitabları “Qartal”, “Məsum Əliyev”, “Məstan Əliyev”, “Məstan” imzaları ilə dərc olunmuşdur. Son üç kitabı “Məstan Günər” təxəllüsü ilə nəşr edilmişdir.

Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olmuşdur. Sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Gənclik” nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində işləmişdir. Bir müddət Azərinformun müxbiri olmuşdur.

2010-cu ildə dünyasını dəyişmişdir.

 1953— Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti , ADMİU-nun dosenti Məmmədsəfa Məmmədəli oğlu Qasımov Dəvəçi şəhərində anadan olmuşdur.

1977-1980-ci illərdə Bakı Mədəni-maarif texnikumunuda təhsil alıb. 1980-1984-cü illərdə M.A. Əliyev adına ADİİ-nin aktyorluq  peşəsinə yiyəlnib.

Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir.

Hazırda “Yuğ” Teatrının aktyorudur və İncəsənət Universitetində  dərs deyir.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

45

1980 — Məşhur aktyor, müğənni, bəstəkar, SSRİ Dövlət Mükafatı Laureatı Vladimir Vısotski 42 yaşında Moskvada vəfat etmişdir.

Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olmuşdur. Onun uşaqlığı müharibə illərinə təsadüf etmişdir. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıdıb Müəllimlər evindəki dram dərnəyinə getmişdir. Tikinti-mühəndisləri institutuna daxil olub, lakin oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdur.

1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına Dram Teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləmişdir.

O, “Qalileyin həyatı”, “Hamlet”,”Puqaçov”, “Albalı bağı”, “Cinayət və cəza” tamaşalarında baş rollarda çıxış etmişdir. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənmişdir. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazmışdır.

İlk kitabı “Döymə” (“Tatuirovka”) 1961-ci ildə çap olunmuşdur.

V.Vısotski 1959-cu ildən kinoya çəkilmişdir. 1960-cı ilin I yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlamışdır. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilmiş və SSRİ-də kitablarını bir iki mahnı və şeirindən başqa çap etdirmək mümkün olmamışdır. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış etmişdir. 1980-ci ilin 18 iyulunda “Hamlet” tamaşasından bir həftə sonra ayın 27-də vəfat etmişdir. 1981-ci ildə SSRİ-də onun ilk kitabı “Əsəb”(“Nerv”) çap olunmuşdur.

1987-ci ildə, ölümündən sonra ona “Görüş yerini dəyişmək olmaz” filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilmişdir.

2008 —Əməkdar artist, müğənni  Mais Qurban oğlu Salmanov  uzun sürən ağır  xəstəlikdən sonra 75 yaşında  Bakıda vəfat etmişdir.

Mais Salmanov 12 fevral 1933-cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun rolunun ifaçısı olub.

“Ceyran”, “Elə bəndəm”, “Kölgəm qədər yaxınsan”, “Şur” təsnifi, “Sən mənim olasan” kimi şən toy mahnılarının   ifaçısı idi.

1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qazyataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı tanınmış neftçi-alim Fərman Salmanovun qardaşıdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!