Maraqlı məlumatlar

Ginnesin Rekordlar Kitabına görə, tarixdə ən çox uşaq sahibi Mərakeş Sultan İsmayıl olmuşdur. İsmayılın uşaq sayının 888 olduğu bildirilir. Bəzi mənbələrdə bu rəqəmin 1171 olduğu iddia edilir. Alimlər bu rekordun mümkünlüyünü araşdırıblar.
Bəs Sultan İsmayıl kimdir?

İsmayıl Mərakeş tarixinin ən böyük simalarından biri hesab olunur.
O, 1667-1672-ci illərdə Fəs Sultanlığının valisi olmuş Molla Şərifin yeddinci övladı idi. 1672-ci ildə Fesdə özünü Mərakeş Sultanı elan etdi.
1679, 1682 və 1695-96-cı illərdə Osmanlı İmperiyasına qarşı döyüşmüşdür.
İspaniya və İngiltərənin işğal etdiyi limanları o, geri almışdır.
Sultan İsmayıl 1727-ci ildə 80 yaşında vəfat edib.
Mərakeşli Sultan İsmayıl dünyada atalıq rekordu qoymuşdur. O, 548 oğul, 340 qız böyüdüb. Onun böyük hərəmində orta hesabla 20 gündə bir uşaq dünyaya gəlirdi.
Vyana Universitetində kompüter simulyasiyasından istifadə etməklə aparılan araşdırma bu qədər uşaq sahibi olmağın nəzəri cəhətdən mümkün olduğu qənaətinə gəlib.
“Muley Ismail Incident; Reality or Fantasy” başlıqlı məqalədə deyilir ki, 1672-1727-ci illər arasında Mərakeşi idarə edən Sultanın bu qədər uşaq sahibi olması üçün hərəmxanasında 65-110 cariyəsi olmalı idi.
1704-cü ildə Mərakeşdə olmuş fransız diplomatı Dominik Busnotun dediyinə görə, İsmayılın dörd arvadından və 500 cariyəsindən 600 oğlu olub. İsmayıl 1672-ci ildə taxta çıxanda 25, Busnotun səfəri zamanı isə 57 yaşında idi. Araşdırmalar göstərir ki, İsmayılın dörd arvadından olan qızlarının sağ qalmasına icazə verildiyi halda, cariyələrindən olan qızlarının sağ qalmasına icazə verilməmişdir.
Bioloqlar və təkamülçü psixoloqlar Elisabeth Oberzaucher və Karl Grammer tərəfindən yazılan məqalədə Sultan Muleyin bu rəqəmə hesablamalar yolu ilə gəldiyi bildirilir.
Tədqiqat bir neçə fərqli model yaratdı. Bir modelə əsasən, qadınların menstrual dövrünün xüsusiyyətlərinə görə, bu qədər uşağı olan bir kişi 32 il ərzində hər gün cinsi əlaqəyə olmalı imiş. Araşdırmalar səngisə də, Sultanın tarixdə ən çox uşaq sahibi olması faktı heç vaxt inkar edilməmişdir.

Qeyd: Onu da demək lazımdır ki, bu hökmdar çox amansız olmuşdur. Bəzi tarixi sənədlərdə deyilir ki, padşah cariyələrini və ya arvadlarını xəyanət etməkdə şübhəli bilinən zaman onları şəxsən boğur, həmçinin şikəst edir – dişlərini çıxarır və döşlərini kəsir. O, siyasi rəqibləri ilə də şəxsən məşğul olub.
Mənbə: Hamı üçün açıq internet resursları
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.