Tarixdə bu gün

225-ci (uzun illərdə 226-cı) günü.

Mühüm hadisələr:

1906 — Azərbaycan müəllimlərinin I qurultayı keçirilmişdir.

1992 — Azərbaycanın milli pul vahidi – manat dövriyyəyə buraxılmışdır.

1994 — Azərbaycan Respublikası Sinqapur ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1922 — Sosialist Əməyi Qəhrəmanı , ” Qəhrəman Ana “Sürəyya Abbasqulu qızı Kərimova Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir.

Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir.

Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8-9-cu çağırış), Azərbaycan Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur.

Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.

Sürəyya Kərimovaya həsr olunan “Sürəyya” mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952 ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

1968— Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist Dilarə Hamlet qızı Səlim Bakı şəhərində anadan olub.

Azərbaycan Pedaqoji  Xarici Dillər İnstitutun  Alman dili üzrə tərcüməçi fakültəsini bitirib.

1990-cı ildən AzTV-də çalışmağa başlayıb.

“Televiza”,”Kinofakt” və “Səhər” verilişlərində müəllif-aparıcı olub.

1994-cü ildə “Mir” Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib.

1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib.

2000-ci ildə “ABA” televiziyasında “Kontra” tok-şousunun müəllifi və aparıcısı olub.

2001-ci ildə “İnternyus” televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq “Media və Mən” verilişini hazırlayıb.

2007-ci ildən AzTV-də “Səhər” proqramında müəllif və aparıcı, “Xəbərlər”də isə aparıcı kimi işləyir.

Vəfat etmişdir:

75

1950— Görkəmli Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü , SSRİ dövlət mükafatı laureatı Heydər Nəcəf oğlu Hüseynov intihar etmişdir.

Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaçı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.

Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927-1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.

Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1931—1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936—1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olmuşdur.

1939—1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945—1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akademiyanın eyni zamanda ictimai elmlər bölməsinin sədri olmuşdur.

1943—1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm – leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiridir. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru işləmişdir.

1994 —Tarzən , Azərbaycanın Xalq artisti Həbib Əbdülhüseyn oğlu Bayramov 68 yaşında vəfat etmişdir.

Həbib Bayramov 1926-cı il iyunun 14-də Bakıda anadan olub. Hələ kiçik yaşlarından Həbibin tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar hədiyyə alır və musiqi məktəbinə, Əhməd Bakıxanovun yanına aparır.

H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblında çalışıb. 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbində müəllim çatışmadığı üçün, burada həm muğamat sinfində dərs deyib, həm də əlaçı tələbə kimi təhsil alıb. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə olub. Berlində keçirilən tələbələrin üçüncü ümumdünya festivalında iştirak edərək, festivalın laureatı adına layiq görülüb. Sonralar Polşa, Kanada, Suriya, İordaniya, Hindistan, Əfqanıstan, Türkiyə, Danimarka, Avstriya, Fransavə s. ölkələrdə qastrol səfərləri edib, Azərbaycan musiqisini, Azərbaycan tarını xarici ölkələrdə sevdirib, şöhrətləndirib.

1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olub. Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib. Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim fərqlənib. Repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Segah”, “Xaric segah”, “Orta mahur” və digər muğamlar əsas yer tutub.

2003— Məşhur aktrisa, Xalq artisti Məhluqə Ələsgər qızı Sadlqova 86 yaşında vəfat etmişdir.

Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun Diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.

Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

Qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub.

2017– Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu 90 yaşında vəfat eymişdir.

Yavuz Axundov 1927-ci ildə Ordubad rayonunda doğulub.

Naxçıvan Müəllimlər İnstitutunun Tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə müdiri və  direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), Tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur.

1970-ci ildən Ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş “İstiqlalın əzablı yolu” kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!