Tarixdə bu gün

İlin 332-ci günü (uzun illərdə 333-cü).
İlin sonuna 33 gün qalır.

Mühüm hadisələr:

1938 — Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanmışdır.


1945 — Ermənistan rəhbəri H.Arutyunov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir.
1991 — Arkadi Volskinin rəhbərlik etdiyi qondarma “Dağlıq Qarabağ üzrə Xüsusi İdarə Komitəsi” ləğv edilmişdir.
2007 — Rəcəb Təyyub Ərdoğan Türk silahlı qüvvələrinə İraqda əməliyyat aparmağa icazə vermişdir.

Doğum günləri:

1820 —Məşhur alman filosofu və iqtisadçısı Fridrix Engels Almaniyada anadan olmuşdur. Marksizmin yaradıcılarından biri, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüləlifi olmuşdur.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
5 avqust 1895-vi ildə 74 yaşında Londonda vəfat etmişdir.

1829 —Məşhur rus bəstəkarı Anton Rubinşteyn Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır. 1854-58-ci illər isə Rubenşteynə şöhrət gətirən müddət oldu. Belə ki, o, öz əsərlərini Avropa ölkələrində ifa edərək konsertlər verirdi.
Silsilə konsertlər ona şöhrət gətirdi. Lakin, bəstəkar şöhrətdə batmadı…1862-ci ildə öz vətənində konservatoriyanın açılmasına nail oldu.
1872-1873-cü illər bəstəkarın Amerika Birləşmiş Ştatlarına səfəri ilə yadda qalır. Bir il ərzində Rubenşteyn Amerika musiqisi ilə yaxından tanış olur, hətta, burda bir çox bəstəkarlarla işbirliyinə imza atır. Alman romantizmi isə daim onun yaradıcılığında özünü büruzə verirdi.
Bəstəkar öz əsərləri ilə tamaşaçılara elə bir duyğu bəxş edirdi ki, sanki insan ruhu göylərdə uçurdu.
Ümumiyyətlə, rus musiqisində qərb meyllərinin izləri Antonun əsərlərində nəzərə çarpırdı. O, Avropa ölkələrində yetərincə sevilən və şöhrətlənən 19 operanın müəllifi kimi də tarixdə öz izini qazanıb.
Anton Rubinşteyn 20 noyabr 1894-cü ildə vəfat etmişdir.

1915 — Görkəmli rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı , Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət Mükafatı Laureatı Konstantin Mixayloviç Simonov Petroqradda anadan olmuşdur.
Pyeslərin, ssenarilərin, publisistik oçerk və yol qeydlərinin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sov.İKP MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə böyük bir müzakirə keçirilir. Qırmızı imperiyanın hakim elitası: akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu “Az-Ya” kitabına görə mühakimə edirlər. Akademik B.A.Rıbakov özü ilə birlikdə 45 şovinisti ayağa qaldırır. Hamıdan çox qəzəblənən, Oljas Süleymanovu məşum “37-ci il” terminləri ilə hədələyənlərdən biri B.Y.Abayev olur. Yalnız bir nəfər – Konstantin Simonov qazax xalqının böyük oğlunun müdafiəsinə qalxır.
Böyük Vətən müharibəsinin başlanğıcından hərbi jurnalist kimi çalışmağa başlayan K.Simonov payız aylarında “Jdi menya” (“Gözlə məni”) şeirini yazır. O, bu şeirini öz sevgilisinə həsr etsə də, “Jdi menya” müharibədə vuruşan ərlərini gözləyən bütün qadınların andına çevrilir. “Gözlə məni” şeiri poetik gücünün təsiri ilə dünyanın bir çox dillərinə, özü də dəfələrlə tərcümə olunaraq yayılıb.
Təsadüfi deyil ki, şeir 1942-ci il, yanvarın 14-də dərc ediləndən dərhal sonra ayrı-ayrı xalqların, o cümlədən, Azərbaycan ədəbiyyatında da təsirli əks-sədaları eşidildi.
Nəğmə olub dodaqlarda səslənən “Gözlə məni” şeirinin Azərbaycan dilində xeyli sayda uğurlu tərcümə nümunələri var, yəqin ki, hələ bundan sonra da olacaq. Çünki araşdırma zamanı məlum oldu ki, nisbətən yaşlı nəsillə (Ə.Kürçaylı, X.R.Ulutürk, Anar, İsa İsmayılzadə, S.Məmmədzadə və s.) yanaşı müasir dövrümüzdə poeziya aləminə gələn qələm sahibləri də (S.Babullaoğlu, Valeh Mirzə, X.Əfəndiyeva, Ü.Bünyadzadə və s.) həmin şeiri dilimizə tərcümə ediblər.
28 avqus 1979 –cu ildə 63 yaşında vəfat etmişdir.

1939— Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti Sevda Mirzə qızı İbrahimova anadan olub.
1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 2 fakultəsinə (fortepiano və bəstəkarlıq) qəbul olmuşdu.
Fortepiano fakultəsini 1962-ci ildə, bəstəkarlıq fakültəsini isə 1964-cü ildə bitirmişdi.
1960 –ci ildə Bülbül adına Orta İxtisas musiqi məktəbində konsertmeyster, 1962-ci ildən isə müəllim vəzifəsində işləmişdir.
1968-1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının  Musiqi tarixi kafedrasının, 1971-ci ildən Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında müəllim vəzifəsində çalışırdı.
17 iyul 2022-ci ildə 82 yaşında vəfat edib.

Vəfat etmişdir:

2005 — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zəhra Tahir qızı Quliyeva 82 yaşında vəfat etmişdir.
Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirmişdir.
1944-cü ildən Azərbaycan Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasında ordinator, assistent, dosent, professor və kafedra müdiri işləmişdr. 1958-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Həmin illərdən Azərbaycan Tibb İnstitutunda dekanın əvəzedicisi, tədris işləri üzrə prorektor, 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru, 1975-ci ildən Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri, “Sevil” Qadınlar Məclisi sədrinin müavini, Bakı Şəhər Sanitariya-təmizlik məsələləri üzrə komissiyanın sədri, 1998-2005-ci illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.
Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.
SSRİ Ali Sovetinin (8 və 9-cu çağırış) və Bakı Şəhər Sovetinin deputatı olmuşdur. Amerika Bioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin qadını” seçilmişdir.
“Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, Azərbaycan Respublikasının “Şöhrət” ordenləri və medallarla təltif edilmişdir. Əməkdar elm xadimi adına layiq görülmüşdür.

2005– Məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru , professor , Azərbaycan Əməkdar Elm Xadimi Zəhra Məmməd qızı Salayeva 83 yaşında Bakıda vəfat etmişdir.
Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub.
1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir.
1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur.
3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir.
SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur.

2009 — Azərbaycan Respublikasının Xalq rəssamı (qrafik), professor  Rafiq Mahmud oğlu Mehdiyev76 yaşında vəfat etmişdir.
Rafiq Mehdiyev 1933-cü ildə iyunun 10-da Naxçıvan M R Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına Rəssamlıq texnikumunu(1948-1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsini (1953-1958) bitirmişdir. Əmək fəaliyyətini Ə.Əzimzadə adına Rəssamlıq texnikumunda müəllim ( 1962) kimi başlamış , sonra M.Əliyev adına A D İ İ-da dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!