Fotoqalereya

Bu böcəyin adı “Uğur” böcəyi və yaxud “Xanım böcəyi”dir. Uşaqlıqda bu böcəyə biz “Uç-uç böcəyi ” deyərdik. Axşama kimi çöldə-bayırda – təbiətin qoynunda olardıq. Bu böcəklərinbirini də əlimə almamış gözdən itməyə qoymazdıq. Deyirdilər ki, bu böcət, həqiqətən, uğur gətirir. Deyirdilər ki, guya, bu böcək hansı səmtə uçsa, gələcəkdə o səmtdən qız alacaqsan. Biz də işimizi-gücümüzü atıb o gələcəyi gözləyərdik… Böcəklər aldatdı bizi…

Elmi cəhətdən desək, barmağın ucunda xanım böcəyi uçurmaq qədim xalq oyunu və əfsanəsinə istinad edilr. Guya kimsə “Xanım böcəyi”ni barmağında tutub ondan günəşi endirmək xahiş xahiş olunur:
“Xanım böcəyi, “Xanım böcəyi, Günəşi gətirmək üçün səmaya uç”. İnsanlar belə güman edirlərmiş ki, bu böcəyin havaya qalxması səmanın təmizlənməsinə, günəşli olmasına səbəb olacaq.
Bu gün qızlarımızn öz bədənlərinin müəyyən hissələrində döymə dizaynı yolu ilə bu böcəyin şəklini təsvir etdirirlər. Bu, iki insan arasında səmimi münasibətləri, xoşbəxtliyi simvolizə edə bilən bir xəyaldır. “Xanım böcəkləri” ən ümidli olaraq uğur və qoruma simvolu hesab olunur və bu da onları sənət və dekorasiyada məşhur bir motivə çevir məkdədir.






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.