Tarixdə bu gün

İlin 331-ci günü (uzun illərdə 331-ci).
İlin sonuna 34 gün qalır.

Mühüm hadisələr:

1895 — Alfred Nobel vəsiyyətnamə ilə bütün varidatını Nobel fonduna bağışlayıb.
1995 — Azərbaycan Respublikası Litva ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1919 — Əməkdar mədəniyyət işçisi,aktyor, reyissor Cahangir Aslanoğlu Məmmədov Bakı şəhərində zərgər ailəsində anadan olub. O, ibtidai təhsilini Süleyman Sani Axundovun məktəbində alıb, 7 illik məktəbi bitirdikdən sonra, Ağdam Dövlət Teatrında, əvvəl reyissor assisent, sonra isə quruluşçu reyissor işləyib. Sonralar S.Vurğun adına Qazax Dövlət Teatrının bədii rəhbəri işləyib.O,1946-cı ildən Salyan Dövlət Teatrının direktoru və bədii rəhbəri olub. Oradan Moskvaya təhsilini davm etdirməyə göndərilib. Lunaçarski adına Teatr İncəsənəti İnstitutunu bitirdikdən sonra Nuxa Dövlət Teatrına bədii rəhbər göndərilib.
1990-cı ildə C.Aslanoğlu həmin teatrların bağlanması ilə əlaqədar Sumqayıt Mərkəzi Mədəniyyət Evinə direktor vəzifəsinə təyin olunub. Sonrakı illər isə o, resrublikamızda nəşr edilən satirik “Kirri” yurnalının təşkilatçılarından biri olub və orda işləyib.
1962-ci ildən 1973-cü ilə qədər M.Maqomayev adına Dövlət Filarmoniyasında ədəbi redaktor,reyissor işləyən C.Aslanoğlu Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük köməklik etmişdi.
O,”Gülmək cana faydadır”,”Qarğa məndə göz var”,” Kürəkən olmaq nə çətin işiş” kimi musiqili komediyaların da müəllifidir.”Gənclik” və “Yazıçı” nəşriyyatlarında 1986-cı ildə “Qabrovo lətifələri” adlı iki kitabı nəşr olunub. Estrada səhnəsində,danışıq yanrında çıxış edən ifaçıların əksəriyyəti otuz ildən artıqdır ki, C.Aslanoğlunun yazdığı səhnəciklər və miniatyurlar ifa edirlər.
O,”Gəlməli,görməli,gülməli” miniatyur ansamblının yaradıcılıranıdan biri,rerertuarındakı əsərələrin çoxunun müəllifi idi.
Sistematik olaraq bədii özfəaliyyət kollektivlərinə köməklik edən C.Aslanoğlu xeyli vaxt “Damğa” satirik xalq teatrının rəhbəri olub, həmin teatrın rerertuarının təşkilində iştirak edib.
O, görkəmli sənət ustalarının və yazıçılarının yaradıcılıq gecələrinin keçirilməsində, yeni musiqi əsərlərinin təbliğində və səhnəyə yeni ifaçıların cəlb olunmasında böyük rol oynayıb.
Görkəmli sənətkar 1998-ci ildə əbədiyyətə qovuşub.

1934 — Dirijor, Əməkdar incəsənət xadimi Kazım Ağalar bəy oğlu Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirmişdir. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışmış və hazırda da fəaliyyət göstərməkdədir.
Musiqişünas Ağalar Əliverdibəyovun oğludur.
Skripkaçı Rasim Əliverdibəyovun, bəstəkar Nazim Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Gəlin qayası”, “Şah İsmayıl”, “Vaqif”, “Madam Batterflyay”, “Sevilya bərbəri”, “Karmen” operaları, eyni zamanda “Don Kixot” (Minkus), “Jizel”, “Xəzər balladası, “Bolero”, “Karmen-süita”, “Paxita”, “Şopeniana” baletlərini idarə edir.
Teatrdakı fəaliyyəti ilə yanaşı K.Əliverdibəyov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. Bakı Musiqi Akademiyasının professorudur.
K.Əliverdibəyov bir neçə il Türkiyə Respublikasında çalışmış, İzmir şəhər Konservatoriyasında dərs demişdir.

1941 — Professor, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Zakir Ömər oğlu Qarayev Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) İcevan rayonunun Göyərçin kəndində müəllim ailəsində anadan olmuşdur.
Z.Ö. Qarayev 33 yaşında tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
O, 1968-ci ildən 1974-cü ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının direktoru, 1974-cü ildən 1975-ci ilədək Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında baş elmi işçi 1975-ci ildən 1982-ci ilə qədər Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında direktor vəzifələrində çalışmışdır.
1982-ci ildə SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin (Hazırda Rusiya Federasiyası Elmi -Tədqiqat Mikologiya İnstitutu) direktoru vəzifəsinə təyin edilmiş və 1993-cü ilə qədər bu vəzifədə çalışmışdır. Qeyd etmək istərdik ki, Z.Ö.Qarayev səhiyyə sahəsində ümumittifaq və dünya əhəmiyyətli instituta uzun müddət rəhbərlik etmiş çox az sayda azərbaycanlı alimlərdən biridir. Müstəqillik qazandıqdan sonra vətənə qayıdan Zakir Qarayev 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Zakir müəllim 1998-ci ildə İstanbul Universiteti, İstanbul Tibb Fakultəsi, Mikrobiologiya və İmmunologiya kafedrasına professor vəzifəsinə işə dəvət edilmiş və 2001-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Professor Z.Ö.Qarayev 2004-cü ildən Azərbaycan Tibb Universitetinin, Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri vəzifəsində çalışır. Z.Ö.Qarayevin təşəbbüsü ilə “Azərbaycan tibbi mikrobioloqlar və immunoloqlar ictimai birliyi” təsis edilmiş, “İmmunitet və infeksiya” jurnalı dərc edilməyə başlamışdır.
Professor Z.Ö.Qarayev SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin direktoru vəzifəsində işləyərkən dünyanın əksər ölkələrində elmi ezamiyyətdə olmuş, bir çox Universitet, Konqres və Simpoziumlarda ingilis və alman dillərində mühazirələr oxumuşdur. Z.Ö.Qarayev 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 2 iri həcmli dərsliyin və bir dərs vəsaitinin müəllifidir. Z.Ö.Qarayevin görkəmli həkim və alim Tamerlan Əziz oğlu Əliyevlə birlikdə yazdığı “Tibbi Mikologiya” adlı kitabı dünyada mikoloji xəstəliklərə dair yazılmış çox dəyərli əsərlərdəndir.
Zakir Qarayev 25 noyabr 2020-ci ildə 79 yaşında vəfat etmişdir.

Vəfat etmişdir:

1870– Azərbaycan əsilli rus şərqşünası, tarixçi, türkşünas və filoloqu; Mladorossi hərəkatının banisi Aleksandr Kazım bəyin babası – Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəy 68 yaşında vəfat etmişdir.
Atası Məhəmməd Qasım Kazım bəy Dərbəndin (o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş, sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Məkkəyə Həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazım bəy Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbəndə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür. Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə “Ərəb dilinin qramatikası” adlı kitabını yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana dini təhsil dalınca getməsini istəyir. Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazımbəy İran leyhinə cəsusluq fəaliyyətində suçlanır, bütün rütbələrindən məhrum edilir vəxanımı ilə birgə Həştərxana sürgün edilir. Hələ Dərbənddə yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Kazım bəyi Xristian dinin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Və ciddi götür-qoydan sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir. Ömrünün sonunadək Xristianlıq dininə sitayiş edir.
Kazım bəy bir sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı “Əssəb əs-Səyyar” (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı “Uyğurlar” əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir. O həmçinin, Məhəmməd Əvabinin “Dərbəndnamə” əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-ci ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş “Bab və Babilər: 1848-52-ci illər İranda Dini və Siyasi Təlatümlər” əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: “Qurani-Kərimdə ahənglik” (1859), “Müridilik və Şamil” (1859), “İslam tarixi” (1860) və başqaları.
Kazım bəy dilçiliyə xristianlığa dair əsərlərin şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək uçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazımbəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış Türk dilləri fakültəsinə rəhbər təyin olunur . 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə Demidov Mükafatına layiq görüləcək “Türk-tatar dillərinin qramatikası” adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri “Tatar” və ya “Türk-tatar” adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisısini aparır. Əsər 1846-cl ildə ikinic dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin “Türk dilinin qramatikası” (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur.
1849-cu ildə Kazım bəy St. Pterburq Universitetinə yenicə açılmış Şərq dilləri fakultəsinə dekan təyin edilir. 1863-cü ildə isə burada Şərq tarixi kafedrasını təsis edir. O, Şərq mədəniyyətinin öyrənilmısinə maraq göstərən tələbələrin təcrübi ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur. 1854-cu ildə türk dilinə dair yeni, “Türk dillərinin öyrənilməsində kurs dərsliyi” və 6700 sözdən (o dövrün ən irilərindən biri) ibarət rus-türk lüğəti (sözlüyü) nəşr etdirir. Həmin il “Şərq dillərindənə törəmiş rus söz və söz birləşmlərinin izahına dair” əsərini də yazmağa müvəffəq olur.
1868-ci ildə rus elmi dairlərində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihısini həyata keçirmısinə imkan vermir.

2015 —Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, akademik Tofiq İsmayıl oğlu Hacıyev 79 yaşında vəfat etmişdir.
Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tofiq Hacıyevin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb. “Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb.
“Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda “Azərbaycan ədəbi dili tarixi” (2-ci hissə, 1987) dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi” (1977), “Azərbaycan dili tarixi” (1983, Kamil Vəliyevlə birgə), “Azərbaycan dili” (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.
T.Hacıyev 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib.
Onun elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri “Dədə Qorqud” seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı.iş yaratdı.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!