Tarixdə bu gün
İlin 340-cı günü (uzun illərdə 341-ci).
İlin sonuna 25 gün qalır.

Mühüm hadisələr:
2009 — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Doğum günləri:

1971—Azərbaycanın Əməkdar artisti Elxan Yunis oğlu Abbasov Gəncə şəhərində anadan olub.
1988-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Kino və dram aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir.
1992-ci ildə Gəncə Dövlət “Nizami” Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb.
13 fevral 2014-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında ” Qarabağ ” qısa filmində canlandırdığı Elxan obrazı ilə “Ən yaxşı kişi aktyoru” nominasiyası üzrə birinci yerə layiq görülüb.

1995 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Hikmət Azər oğlu Şıxməmmədov Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2002–2013-cü illərdə 2 nömrəli Dağ Kəsəmən kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarəedilməsi fakültəsində təhsil alıb.
Hikmət Şıxməmmədov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hikmət Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməuğrunda döyüşlərə qatılb.Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Şıxməmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Hikmət Şıxməmmədov ölümündən sonra “Vətən uğrunda” , 18.12.2020-ci il tarixli Sərəncaa əsasən, “Cəsur döyüşçü”, 29.12.2020-ci il tarixli Sərəncama əsasən isə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Vəfat etmişdir:

1995 – Aktrisa, Azərbaycan Respublikasının Xalq artisti Rahilə Solomon qızı Ginzburq 75 yaşında vəfat etmişdir.
Rahilə Ginzburq 1 iyun 1920-ci ildə anadan olmuşdur.
Səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Rolları: Nina (“Maskarad”, M.Lermontov), Negina (“İstedadlar və pərəstişkarlar”, A.Ostrovski), İrina (“Üç bacı”, A.Çexov), Polya, Liza (“Meşşanlar”, “Günəşin övladları”, M.Qorki), Valya, Lidiya (“İrkutsk əhvalatı”, “Köhnə dəbli komediya”, A.Arbuzov), Mariya Stüart (“Mariya Stüart”, F.Şiller), Epifaniya, Eliza (“Milyonçu xanım”, “Piqmalion”, B.Şou), Katarina (“Şıltaq qızın yumşalması”, U.Şekspir), Şirin (“Fərhad və Şirin”, S.Vurğun), Gültəkin (“Aydın”, C.Cabbarlı), Klitemnestra (“Mənim məhəbbətim Elektra”, L.Dürko), Sara Bernar (“Lanqust gülüşü”, C.Marrel) və s.

2004 — Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Muxtar Həsən oğlu Avşarov 90 yaşında vəfat etmişdir.
Muxtar Avşarov 16 fevral 1914 – cü ildə İrəvan şəhərində doğulmuşdur.
1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirmişlər. 1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oхumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaхtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraхmadığından boş vaхtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıхır. Çoх keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin “Namus” pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.
1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir.
1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müхtəlif хarakterli obrazlar yaratmışdır.
M. Avşarov 1989-cu ildə “yenidənqurma” dövrünün qərarlarına uyğun olaraq “60 yaşından yuхarı olan adamlar işdən azad olmalıdır” qərarı ilə işdən azad oulnur. 1992-ci ildə Xalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə “Nadir şah” (Nəriman Nərimanov), “Dönüş” (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradır.
1996-cı ildə Mədəniyyət Fondu nəzdində “Sönməyən ulduzlar” teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M. Avşarovu həmin teatra dəvət edir. “Solğun çiçəklər” (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur.
2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülmüşdür.
Bayramlar və xüsusi günlər:

6 dekabr Rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

6 dekabr Ümumdünya Üzrxahlıq Günüdür və 2007-ci ildə təsis edilib. Bu gün münasibətlərdə anlaşma və bağları gücləndirmək üçün təşkil edilir. Ümumdünya Üzr Günü insanları səhvlərini etiraf etməyə, üzr istəməyə və bağışlamağa təşviq edir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.