Yarızarafat, yarıgercək

Sərbəst səhifə

Gündəlik 6-7 km piyada gəzmək öhdəliyim var .Təğyiri-libas olub, yaşadığım ətrafın park və bağlarını gəzib dolaşıram: : 3- 3,5 km səhərlər, 3- 3,5 km nahardan 1-2 saat sonra. Yorulanda oturub dincimi alıram. Tanış-biliş olanda, söhbətləşə-söhbətləşə bir az da çox yol qət edirəm. Təbiətin qoynuna çıxmaqda məqsədim budur ki, bir az təmiz hava alım, ruhum dincəlsin, bir az da ətalətdən uzaq olum. Qocalıq üstümə ayaq açmasın. Amma hər parkda, bağda tənha skamyalarda tənha oturmuş proletar sinifdaşımı görəndə, qocalığın üstünə bir tərəfdən də bu məlal gəlir. Kişilər niyə tənha qoyulmalıdır ki? Kişilər niyə ağlamalıdır ki?! Kişinin üzünə necə ağ olmaq olar ki? Ona iftira atmayın. Onlar üçün dünyada ən əziz varlıq anadır. Sizi sevməsəydi, anasına yaraşıq gətirərdimi? …Lənət şeytana deyib, kirimişcə qayıdın vücuddan qopduğunuz yerinizə.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.