Kim nə miqdar olsa,əhlin eylər ol miqdar söz

Təbriklər

Hörmətli Təranə xanım — kövrək duyğular İlahəsi! Bu gün  Sizin 55  yaşınız tamam olur. Ömrünüzün 56-cı  baharı Sizə doğru qol açıb.  Siz mehriban günəşli, qaynar həyatlı  bir  dekabr səhərində doğulmusunuz.  Şeirlərinizdə payız mövzusu romantik ürəklərin hamısı üçün məlhəmdir. Təbiətin işinə şəkk-şünhə gətirə bilmirək. Amma  sizin şeirlərinizdə payız heç vaxt solğunluq gətirmir, əksinə, oxuduqca ürəklər nikbinlik, ümid və zərif nostalji ilə dolur. Payız yarpaqları Sizin misralarınızda xəzəl kimi deyil, sevgi kimi ayaqlara dolaşır. “Səssizliyin melodiyası”ndan tutmuş son kitablarınıza qədər hər səhifənizdə bir dərya duyğu axır. Oxucu o dəryaya düşəndə özünü tənha hiss etmir, əksinə, ən səmimi dostla qarşılaşmış kimi sevinir. Sizin qələminizdə Vətən sevgisi qaya-qaya, daş-daş hiss olunur. Hər misrada Azərbaycan torpağı nəfəs alır, hər bənddə xalqımızın ruhu ucalır. Bəli, Bədirə xanımın da çox gözəl qeyd etdiyi kim, Sizin bütün  şeirləriniz  könülləri fəth edir, darıxan ürəklərə işıq çiləyir, kədərli ruhlara sığal çəkir. Şeirlərinizi oxuduqca insan özünü milyonların içində seçilmiş kimi hiss edir. Hikmət, həlimlik, səmimiyyət – bunlar Sizin poetik dünyanızın özül  daşlarıdır…                                        Doğum gününüz mübarək! Sizi sevənlər  çox olsun, kitablarınız hər evdə  insanlarımızın ən səmimi yoldaşı olsun. Sizin kimi şairələr sayəsində dilimiz, ruhumuz daha da zənginləşir. Var olun, daim yazın, daim yaradın! Sizə səadət və cansağlığı və bunları doyunca yaşamaq üşün uzun ömür arzulayıram.

Hörmətlə: Akif m