Etnorafiya

Ölüm ayağınızın altında,
İtim ayağınızın altında,
Bir qom bənövşə olum,
Bitim ayağınızın altında Qarabağ atları.
Şahmar Əkbərzadə

Hazırda dünyada yetişdirilən 260 at cinsi mövcuddur. “Qarabağ” və “Dilbaz” atları xalq seleksiyası nəticəsində Azərbaycanda yaranıb. Dilbaz at cinsi qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olub. Dilbaz atı XVIII əsrin sonu XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax əzasında yaradılıb. Bu at cinsinin adı zaman keçdikcə bir neçə dəfə dəyişib. “Dilbaz” atları geniş alın, qısa baş, dar burun, ağır boyun, uzun kürək və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqları nisbətən hündür, yerişi əsasən addım və dördayaqdır. Çox təsadüf edilən rəngi boz və kəhərdir. Dilbaz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Boyu 152 sm, döş qucumu 172 sm və top sümüyü qucumu 19.4 sm təşkil edir.






Mənbə: Sosial şəbəkələr
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.