Tarixdə bu gün

İlin 24-cü günü.

Mühüm hadisələr:

1940— Azərbaycan Rus Dram teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub.
1946
— Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib.


1996 — Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana “Xüsusi dəvət edilmiş qonaq” statusu verdi.
2002 — Prezident Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı Qəbələ radiolokasiya stansiyasının (RLS) statusuna dair saziş imzalanıb..
2005 – Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib.
Səfər çərçivəsində Azərbaycan prezidenti ilk dəfə Cənubi Azərbaycanın mərkəzinə – Təbrizə gedərək burada yenicə açılmış Azərbaycan konsulluğuna baş çəkib.

Doğum günləri:

1909 — Görkəmli dirijor, Xalq artisti , professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov Xankəndinin Daşkənd qəsəbəsində dünyaya göz açmışdır. Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə (“Leyli və Məcnun”, “Koroğlu” (Üzeyir Hacıbəyov), “Traviata”, “Aida” (Cüzeppe Verdi), “Karmen” (J. Bize) və s.) dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur. Azərbaycan Radio Komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.
9 avqust 1983-cü ildə 74 yaşında vəfat etmişdir.

1941— Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.
Bu ad Azərbaycanda, Rusyada, Türkiyədə, İranda, Yaxın və Uzaq Şərqdə, eləcə də dünyanın bir çox başqa ölkələrində möhtəşəm çalğısı ilə milyonların sevgisinə ünvandır. Əminliklə deyə bilərəm ki, çox sayda gözəl, məzmunlu bəstələri-rəqsləri də olan, Azərbaycan musiqi-mədəniyyətinə layiqincə xidmət göstərmiş bu böyük sənətkar möhtəşəm ifası və bir çox novator cəhətlərilə özünəməxsus qarmon sənəti məktəbi yaradıb.

1961 — Xalq artisti Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində anadan olmuşdur.
1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov həmin səhnədə aşağıdakı rolları oynamışdır: Xöşbəxt adam (“Park” R.İbrahimbəyov), 1-ci ərizəçi (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə, Hüseyn (“Bəxt üzüyü”, V.Səmədoğlu), Toğrul (“Uca dağ başında”, V.Səmədoğlu), Xəlil (“Müvəqqəti ər”, R.N.Güntəkin) və s.
Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır.
Səfər (“Gecə döyülən qapılar”, N.Xəzri), Kumar (“Qanqın böyük dalğası”, C.Əfruz), Fərman (“Yalan”, S. Rəhman), Şahmar, Saday bəy, Seyid Hüseyn (“Dəlilər və ağıllılar”, “Hökmdar və qızı”, (“Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Akkanad (“Sokratı anma gecəsi”, Ç.Aytmatov), İlus (“Burla xatun” N.Xəzri) və sair

1970 —”Snayper Abbas” ləqəbli döyüşçü Abbas Talıb оğlu Qasımov Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dоğulmuşdur.
Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub.
Хanlar rayоn Hərbi Kоmisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Оrduya göndərilmiş, 701-ci hərbi hissənin avtоmatçısı оlmuşdur.
Abbas Qasımov könüllü olaraq, Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında “Snayper Abbas” deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi.
5 iyul 1992-ci ildə Ağdərə rayоnunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq, geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dəfn еdilmişdir. O, Samux rayonunun ilk şəhididir.
Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdir.

1985— Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Nəcəf Şikar oğlu Şikarov Şamaxıda anadan olmuşdur.
1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam ortam məкtəbində, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn olunub.

Vəfat etmişdir:

1945 – İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub.
Bakı və Leninqradda hərbi məktəblərdə oxuyub.
1942-ci ilin dekabrında Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri, polkovnik Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib.
1991-ci ildə Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

1945— Sovet İttifaqı Qəhrəmanı Məmməd Cəbrayıl oğlu Məmmədovİkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuşdur.
Məmməd Məmmədov 1920-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. 1939-cu uldə Nuxa Pedaqoji məktəbini bitirərək Qax rayonunun Almalı kənd orta məktəbində müəllim işləmişdir.
10 oktyabr 1940-cı ildə Qax RHK-dan Qızıl Ordu sıralarına çağrılır. Baş serjant Məmməd Məmmədov Böyük Vətən muharıbəsi başlayandan cəbhə xəttində olur. 1295-ci atıcı alayın sanitariya təlimatçısı kimi xidmət etmişdir.
1945-ci ilin yanvarında Almaniya ərazisindəki döyüşlərdə xüsusilə fərqlənmişdir. Böyük Vətən Müharibəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Təkcə bir döyüşdə Məmməd 40 nəfər düşmən əsgər və zabitini məhv edərək, əsgər dostlarının həyatını xilas etmiş və özü də döyüş meydanında qəhrəmancasına həlak olmuşdur. Yanvarın 23-də SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 aprel 1945-ci il tarixli Fərmanı ilə Məmmədov Məmməd Cəbrayıl oğlu ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!