Təhsil və məktəbəqədər tərbiyə müəssisələri


3 dekabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyini qeyd edərək 24 yanvarın Beynəlxalq Təhsil Günü elan edilməsi barədə qətnamə qəbul etmişdir.
Beynəlxalq Təhsil Gününün qeyd edilməsi ilə bağlı qətnamə 59 üzv dövlət tərəfindən qəbul olunub. Beləliklə, hamı üçün inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmin olunmasında dəyişdirici səyləri dəstəkləmək üçün sarsılmaz siyasi iradə nümayiş etdirilib.
Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulen hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb. 617 milyon uşaq və yeniyetmə isə oxuma və ibtidai hesablama bacarıqlarına malik deyil. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub.
Odre Azule BMT-yə üzv dövlətləri təhsilin bütün səviyyələrdə hərtərəfliliyini və ədalətliyini qorumaqla hər kəsin maraqlarını təmin etməyə, qızların, qaçqın və məcburi köçkünlərin, miqrantların təhsil ehtiyaclarına, müəllim hazırlığına, təhsil və təlimdə gender perspektivini daha fəal şəkildə təbliğ etməyə xüsusi diqqət yetirməyə çağırıb.


Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!