Tarixdə bu gün
Mühüm hadisələr:
1991 — Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında on illər boyu öz respublikasının dövlət müstəqilliyini bərpa etməyə can atmış Azərbaycan xalqının iradəsini ifadə edərək “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etmişdir.

1992 — Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurmuşdur.
Doğuml günləri:

1804— Polşa-Belarusiya şairi, şərqşünası, diplomat Xodzko Aleksandr Leonardoviç anadan olmuşdur. 27 dekabr 1891-ci ildə vəfat etmişdir. Peterburqda Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir. 1842-ci ildə “Koroğlu” dastanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.

1935 — Xalq artisti, tanınmış bəstəkar və tarzən Ağadadaş Dadaşov Bakıda anadan olmuşdur. 1950- 1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmişdir. 1958-1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2008-ci ildə Respublikanın Xalg artisti fəxri adına layiq görülmüşdür .

1972 – Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyev Bakı şəhərində doğulmuşdur. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılmışdır.
Rövşən Əliyev Ağdam uğrunda döyüşlərdə – Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində qəhrəmanlıq nümunələri göstərmişdir. O, 1992-ci ilin martında Muğanlı, Şıxbabalı yüksəkliklərinin ələ keçirilməsində xüsusilə fərqlənmişdir.
Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndi uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş cəlmiş və əbədiyyətə qovuşmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.
Vəfat etmişdir:

1976 — Görkəmi yazıçışairi, Əməkdar incəsənət xadimi Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə 68yöaşında vəfat etmişdir.
Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda “Qızıl əsgər” qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur. Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.
Ədəbi yaradıcılığa 1925-ci ildə “Şərq qadını” jurnalında çap etdirdiyi “Kənd qızı” adlı ilk şeiri ilə başlamışdır. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri “Zirək Səməd” mənzum nağılını, “Şanlı gün” poemasını yazmış, “Nərgiz”, “Ayaz”, “Qızılquş”, “Elsevər” və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir. 1932-ci ildə mükafata layiq görülən “Şanlı gün” poeması ayrıca kitab şəklində nəşr edilmişdir. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən “Balaca təyyarəçi”, “Ceyran”, “Neft haqqında”, “Kim güclüdür”, “And” kitabları çıxmışdır. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A.S.Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr etmişdir.

2016 — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Dövlət Sərhəd Xidmətinin yeganə qadın hərbi pilotu Dilarə Aydın qızı Babayeva 29 yaşında vəfat etmişdir. Dilarə Babayeva 1986-cı il dekabrın 11-də Sumqayıt şəhərində anadan olub. Dilarə Babayeva 1993-cü ildə Sumqayıt şəhəri “Təfəккür” Liseyinin birinci sinfinə qəbul olub və 2004-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) verən Dilarə Babayeva, 2008-ci ildə oranı “Artilleriya heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi” ixtisası üzrə bitirib.
Dilarə Babayeva 2016-cı il avqustun 30-da qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib və həmin gün vəfat edib.
Bayramlar və xüsusi günlər:

30 avqust Türkiyədə Zəfər bayramı kimi qeyd olunur.
1922-ci ilin avqustun 30-da türklərin İstiqlaliyyət müharibəsi zamanı Dumlupınar döyüşündə işğalçı qüvvələrin məğlub edilməsindən sonra qeyd olunmağa başlayıb. O zaman Mustafa Kamal Atatürk başçılıq etdiyi ordu düşmən qüvvələri məğlub edərək, müstəqillik əldə edilməsi istiqamətində tarixi addım atıblar.