Görkəmli şəxslərin həyatından

Məni yelkən kimi qərq etsə də dəryada zaman, Vurğun öldü deməyin, bir əbədi sənəti var.

Bu əhvalat olub böyük şairimizin 48 yaşı tamam olan günü . Səməd Vurğun dostları ilə Göygölə gəzməyə çıxıblarmış. Təbiətin naz satan vaxtı imiş. Gül gülü çağırıtmış, bülbül bülbülü. İlyas Tapdıq hələ sonralar deyəcəkmiş :”Bənövşə xatirinə kol dibindən iz düşdü.” S.Vurğun və dostları yamaca yayılmış bənövşələrlə rastlaşırlar. Səməd diz çökür, əyilib bənövşəni tağında qoxulayaraq deyir ki, şair bənövşəni ancaq tağında qoxulamalıdır. Torpaqdan ayrılmadan qoxulamalıdır və sonra da şeir deməlidir. Elə ki qoxuladı, torpaq və bənövşəyə şeir deməlidir. Bunun ardənca da xüsusi şövqlə bir neçə şeir söyləyir, sanki bənövşələr canlı kimi imiş, onlarla söhbət edir.
Bu məqamda dostlarından bir istəyir ki, əyilib bənövşə dərsin. Səməd Vurğun imkan verməyib.
S.Vurğun dostuna deyib ki, üzmə, əyil, bənövşənin ətrini tağında içinə çək.
Həmin dostun da qadını yanında imiş və o, istəyirmiş ki, bənövşəni dərib qadınına versin. Dostu məqsədini deyəndə , şair çevrilib qadına nəzər yetirir.Qadın qənirsiz gözəl imiş. Şair ovsunlanır sanki:
— Gözəllər üçün qaydanı pozmaq olar…🌷deyir və
bənövşələrdən özü bir dəstə bağlayıb həmin qadına verir:

— Həmişə saxlayın, quruyanda ətrini itirməyəcək. Şairlər də ölüb gedir, amma onların şeiri həmişəlik qalır.
Qadın da bənövşə dəstini minnətdarlıqla qəbul edib və deyib:
— Mən bu bənövşəni saxlayacağam! Anadan olmağınızın yüz illiyində gətirib sizə verəcəyəm.
Səməd Vurğun çox sevinib və deyib:
— Dostlar, bu gün burada bənövşələrin arasında inandım ki, yüz il ömür sürəcəyəm. Siz də mənimlə 2006-cı ilin 22 aprelində mənim ad günümü burada bir yerdə keçirərik.
Gəlin and içək…
