Baş redaktordan

İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz… Qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır.
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti prezidenti

Mən jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam!
Heydər Əliyev – Ulu Öndər

Azad mətbuat cəmiyyətin öz-özünü görməsini təmin edən bir güzgüdür. O güzgü olmasa, cəmiyyət kor kimi hərəkət edər.
Volter Lipman – Məşhur amerikalı jurnalist və filosof

Amerikada prezident dörd il hökmranlıq edir, lakin jurnalistika əbədi olaraq idarə edir.
Oskar Uayld -Uayld irlandiyalı yazıçı, şair və dramaturq

Mətbuat dünyadakı ən güclü qüvvədir. Onlar günahsızı günahkar, günahkarı isə günahsız göstərmək gücünə malikdirlər. Çünki onlar kütlələrin zehnini idarə edirlər.
Malkolm X -ABŞ-da afroamerikan insan haqları hərəkatının və qaradərililərin hüquqları uğrunda mübarizənin ən tanınmış simalarından və liderlərindən biri

Heç kim idarə olunmağı xoşlamır, amma hər kəs nəzarət etmək istəyir.
Volfanq Höte – Alman şairi və filosofu

~ Harda ki xalq hökumətdən qorxur, orada tiraniya var. Harda ki hökumət xalqdan (ictimai nəzarətdən) qorxur, orada azadlıq var.
~ Məndən qəzetləri olmayan bir hökumət, yoxsa hökuməti olmayan qəzetlər arasında seçim etmək soruşulsaydı, mən bir an belə tərəddüd etmədən ikincisini (hökumətsiz qəzetləri) seçərdim (Çünki azad mətbuat xalqın adından dövlətə nəzarət edən əsas gözdür).
Tomas Cefferson -ABŞ-ın 3-cü prezidenti

Hökumətin işləri elə bir yerdə idarə olunmalıdır ki, xalq pəncərədən içərini rahatca görə bilsin. İctimai nəzarət korrupsiyanın ən böyük düşmənidir.
Vudro Vilson – ABŞ-ın 28-cü prezidenti

İctimai rəy hər şeydir. İctimai rəy yanınızdadırsa, heç nə uğursuz ola bilməz. O sizə qarşıdırsa, heç nə uğur qazana bilməz.
Abraham Linkoln – ABŞ-ın 16-cı prezidenti

Dünyada elə bir güc yoxdur ki, ictimai rəylə mübarizə apara bilsin.
Napoleon Bonapart – Hərbi sərkərdə

İctimai rəy — hər kəsin qorxduğu, lakin heç kimin görmədiyi bir məhkəmədir.
Cozef Pulitser-macar əsilli publisist və jurnalist

İctimai rəy dünyanın kraliçasıdır, çünki güc fiziki gücü idarə etdiyi halda, rəy ruhları idarə edir.
Blez Paskal – Fransız riyaziyyatçısı və filoso