Vətən yaxşıdır

Vətən sərhəddən başlayır

Sözləri: Əliağa Vahid
Musiqisi: Xudayar Yusifzadə

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman göründü.

Xəzər dənizitək eşqinlə coşdum,
Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan göründü.

Könüllər cəlb edən bu xoş mənzərə,
Şövqümü artırdı şeirə, qəzələ,
Çatdıqca vətənim, elim nəzərə,
Təbiət də mənə heyran göründü.

Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzarvətən yaxşıdır,
Vahid, sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.

Leave a Reply