Burla xatun

Məşhur qadınlar

“Burla” – türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavər. Göz önünə döyüşçü qadın motivini gətirər. Yanında qırx döyüşçü dilbər  vardır. Əfsanələrdə adı “Boyu uzun Burla xatun” və “Saçı uzun Sırma xatun” şəklində  çəkilər.  Dədə Qorqud   əhvalatlarında də iştirak edər. “Sırma Xatun” isə gözəlliyi simvollaşdırır.

Boyu uzun Burla xatun, “Kitabi-Dədə Qorqud” əsərində xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımıdır. “Boyu uzun Burla xatun” antroponim modelind “Boyu uzun”  ləqəb, “Burla” şəxs adı və “xatun” titulundan ibarətdir. “Boyu uzun” gözəllik rəmzidir.

(Bur) kökündən törəmişdir. “Bura”/Burçin (maral) və “bürc”ü (ətir) sözləri ilə eyni kökdən gəlir. “Burlanmaq” feli gəzmək, dolanmaq deməkdir. “Üzüm salxmı” mənasını verdiyini də deyilər. “Burla” antroponiminin etimoloji izahı bir neçə cəhətdən verilir.

1. “Burla” antroponimi qədim türk dilində üzüm bağı mənasında olan “borluğ” sözünün o-u, u-a səs əvəzlənməsi və “ğ” səs düşümü ilə “Burla” şəklinə düşmüşdür.

2. Tarixi-linqvistik baxımdan yanaşdıqda “Burla” antroponimi burulmaq felinə oxşayır. Belə ki, “burulmaq” feli arzu şəklində işləndikdə “burula”, ikinci hecadakı u səsinin düşməsi mümkündür, yəni geri dönə mənasını ifadə etmiş olur. Bu, Burla xatunun atası Bayandır xanın davamçısı ilə izah olunur.

3. M.Kaşğarinin lüğətində “ətir saçmaq” mənasında işlənir, yəni “Bur” sözü – ul qayıdış növ şəkilçisi və a – isə felin arzu şəklinin şəkilçisidir. Sözün ikinci hecasındakı “u” saiti qısa deyildiyi üçün “Burla” şəklinə düşmüşdür. Deməli, “Burla” saçan, gözəl görünən mənasındadır. Belə bir adı da məhz Bayandır xanın qızı daşıya bilərdi.

“Salur Qazanın evi yağmalandığı boy”da (II) düşmən tərəfindən əsir edilmiş Burla xatun ailə namusu, qadınlıq şərəfi yolunda ən ağır əzablar, gərgin ruhi iztirablar keçirməli olur.

Ailə namusu və övlad məhəbbəti ana üçün ülvidir. Lakin onun üçün namus hər şeydən yüksəkdir. Oğlu da namus və qeyrətdə öz qəhrəman anasına layiq oğul olduğunu sübut edir. Ananın Şöklü Məliyin dustaqlığında namusunu qorumaq üçün oğlunun öldürülməsinə razı olması, at üstündəki qəhrəmanlığından daha böyükdür.

Burla Xatun bir ana olmaqdan başqa döyüş meydanında ərini – ağır yaralanmış həyat yoldaşını qılınc-qalxanla mühafizə edən qorxmaz bir qəhrəman kimi iştirak edir.

“Şəcəreyi-Tərakimə”də Oğuz elinə bəylik etmiş yeddi şərəfli və qəhrəman qadından biri kimi Burla xatunun da adı çəkilir.

Mənbə: 1.internet; 2. https://www.cloob.com/result/burla_xatun

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı