Qadın, ana, ailə dyərləri
Gəlinə “ayran” demədim mən Dədə Qorqud,
Ayrana “doyran” demədim mən Dədə Qorqud.
İynəyə “tikən” demədim mən Dədə Qorqud,
Tikənə “sökən” demədim mən Dədə Qorqud.
“Kitabi- Dədə Qorqud”

Müraciət:
“Bir xanım üzvümüz soruşur – 26 yasim var, 1il yarimdi evliyem.bir qizim var.mentiq evliliyi etmisik.her ikimiz namaz,ibadet ehliyik.qisa muddetde vasitecilikle tanis olub aile heyati qurmusuq.aile qurana qeder cemisi 2-3defe gorusmusuk,soyuq,mesafeli olmusuq yeni.evlenende de bu bele idi.evlendikden sonra her sey qaydasinda kimi gorunurdu,mehriban idik.
Ta ki sonradan toy borçları olduğunu oyrendim ve birden bire butun bir ayliq maasini aparib borcuna verdi,bele bele evde maddi sixintilar uzunden tez-tez davalarimiz başladı.ustelik o qeder sixinti arasinda ailesi de bize destek olmur ve onun valideynleri ile de munasibetlerim pozuldu.8aydi danismiram onlarla.cunki cox ustume geldiler,hec ne etmedikleri halda meni nankor adlandirdilar.halbuki cox uzr isteyirem,men hamile halimla en son ana qeder ayaquste calisib,heyat yoldasima destek olmusam.yoldasim tez-tez anasigile bas cekir.o davadan sonra gah mehriban oluruq,gah da gunlerle kusulu qaliriq.amma mene qarsi cox diqqetsizdi,baximli xanimam,tehsilliyem. bezen özümu onunla bele derinden tanimadan evlendiyine gore qinayiram.deyirem yeqin xasiyyeti beledi.amma sonra qizima qarsi nece isti munasibetini gorurem ve dusunurem ki,demek bu isteyende hislerini buruze vermeyi bacarir.sadece mene qarsi etinasiz yanasir.bezen o qeder diqqetsizlik,qaygisizliqdan eziyyet cekirem ki,dozulmez hedde catir.deyirem,bu indiden beledi,bir ömür buna dozmeye gucum varmi?men ona verdiyim qeder diqqet qaygi sevgi girmurem.belke yolun basindayken ayrilaq, bitsin evliliyimiz.bir sözle, sizden meslehet ve ozunuzu menim yerime qoyaraq deyerlendirmeyinizi isteyirem.siz menim yerime olsaniz,nece hereket ederdiniz?
( Bax: Mənbə: https://www.facebook.com/AZEpsixologiya”; Yazı mənbədə necə verilib, o şəkildə də verilir.)

Bu müraciəti sosial şəbəkələrin birindən götürmüşük və nöqtəsinə, vergülünə toxunmadan “Ana və Uşaq” oxucularına da təqdim edirik. Müraciətə verilən cavablarda doğru yol göstərən, problemə işıq tutan fikirlər var, amma təəssüf ki, azdır. Xüsusilə, qayınanalar haqqında bildirilən yanlış təsəvvürlərə xanım istifadəçilər tərəfindən like edilməsi, özü də gülüş ifadə edən sürəkli smaykllarla, narahatlıq doğurmaya bilməz . Bu qızlarımız sabah gəlin köçəcəkləri ailədə necə gəlin olacaqlarını və yaxud artıq ailəlidirlərsə, hal-hazırda necə gəlin olduqlarını artıq işarə verdilər. Olmaz belə.
“Sakhavat Gabiloğlu” adlı bir gəncimiz isə — özünün dediyinə görə, ekspertdir . Görmüşük ki, ekspertlər mübahisəli məsələləri aydınladarlar. Bu ekspert isə problemin mahiyyətini tamam yanlış tərəfə istiqamətləndirmişdir.
Ekspertimiz yazır ki, ailəyə, ən əsası sevgiyə kolorit qatan seksdir, “bu axırıncı olmasa ailəni qorumaq olmaz”(???)
Keçən il elə bu vaxtlar Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı Əbülfəz Kazımovun “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” adlı kitabı sosial şəbəkələrdə və mətbuatda böyük hay-küy yaratmışdı. Kitab çap olunmuş, az bir zamanda Nazirliyin hərbi hissələrində və bir çox struktur vahidlərində paylanılmışdı.
Kitabın rezonans doğurmasının səbəbi ayrı-ayrı səhifələrində kişi-qadın münasibətlərinə, cinsi həyata, seksual-dini məslələrə yer verilməsi olmuşdur.
Qəribədir, deyilmi? Daxiliyanma mühərrikləri hara, cinsi həyat məsələri hara?
Müəllif özü bunun açıqlamasını belə vermişdir: “Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuz da kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. “
Doğrudur, müəllif bu kitaba görə vəzifəsindən azad olundu və paylaşılan kitablar da geri götürüldü. Amma fakt belə təsəvvürlərin mövcudluğunu ortaya qoydu.
Əvvəlki yazımızda ailədə sevgisizliyin əsas səbəbini intim doyumsuzluqla əlaqələndirən ekspertin(?) məntiqi də bu polkovnikin məntiqinə bənzəmirmi?
Və yaxud xanıma məsləhət görür ki, birinci olaraq ərinizi “mamoçka”sından ayırmalısınız.
İndi siz fikirləşin ki, bu cürə böyümüş, həyat, ailə qanunlarını bu təfəkkürlə nizamlanmış gənclər 30-40 ildən sonra cəmiyyətin əsasını təşkil edəcək.Nə baş verəcək: ailə institutları mahiyyətini tamam itirəcək, ata-babalarımızın formalaşdırdıqları ailə dəyərlərininizi-tozu da qalmayacaq.
İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur. İnsanlar İsveçrədə yaşamağı arzulayırlar. İnternetdə bu ölkə ilə bağlı maraqlı bir fakta rast gəldim.
Ölkənin ayrı-ayrı şəhərlərində maşının içində seks münasibətləri adi hala çevrilib, insanların etirazlarına görə hökumət müəyyən addımlar atmağa məcbur olub, , məsələn, Sürixdə cinsi əlaqə üçün müəyyən küçələrdə çadırları qurulub. Cinsi əlqəyə girmək istəyən kişilər maşınlara mindirdikləri fahişələr ilə bu çadırların içinə daxil olurlar və burada intim münasibətdə olurlar.
Onlar bunu ictimai yerlərdə nəqliyyatda fahişəlik hallarının qarşısını almaq məqsədi ilə etsələr də, dolayısı ilə cinsəl həyatı, fahişəliyi davranış tərzinə çevirmiş olurlar.
Azərbaycan mühiti üçün belə nümunələr çox təhlükəlidir. Böyüməkdə olan nəsillərə Qərbin həyat tərzi yox, elmi-texniki nailiyyətləri nümunə göstərilə bilər. Odur ki, sosial şəbəkələrdə, televiziya müzakirələrində, insanlar arasında söz deyə bilən adam nə dediyinin, kimə dediyinin məsuliyyətini anlamalıdırlar.
Hesab edirik ki, belə müzakirələr aparılmalıdır, amma onu aparan qrup, mərkəz, informasiya orqanı mütləq izlənilməli, fəaliyyətlərinin yararlı olduğu təmin olunmalıdır. Təbii ki, doğru nizamlandıqda belə müzakirələrin nəinki problemli ailələrə, hətta problem olmayan ailələrə də dəstəyi ola bilər.
Təqdim etdiyimiz müraciət kifayət qədər aktual və ciddi problemlərdən xəbər verir . Belə vəziyyətdə olan ailələr də çoxdur və bu dinamka artan xətt üzrə də davam etməkdədir. Bəziləri dözüb səsini çıxarmır, bəziləri ayrılıb 2-ci, 3-cü evlilyə baş vurur… Bəziləri də ayrılıb, ya uşaqla, ya uşaqsız, müstəqil yaşayır. Maddi imkanı kifayət edirsə, belə qadınlar bir daha ailə, ər, uşaq qayğıları daşımaq istəmir: elə subay-sağlıq ömürlərini davam etdirirlər. Uşağı olanlar ya uşaqlarını valideynlərinə verirlər, ya da dayə tuturlar. Əslində, bunlar faciədir.
Bir xanım tanıyıram. Ziyalıdır, gözəl ailəsi, övladları var. Əri avtomobil qəzasında həyatını itirib. İndi yazacaqlarım bu qadının mənə söylədkləridir. Deyir ki, bir xidmətlə bağlı sənədləşdirmə zamanı qeydiyyat aparan xanım məndən müəyyən məlumatları soruşurdu. Biləndə ki, həyat yoldaşım rəhmətə gedib, dedi ki, sağ əlin mənim başıma.
Mənim tanıdığım xanım, əlbəttə ki, onun cavabını necə lazımdı verib. Məsələnin mahiyyəti aölı başında olan hər kəsi narahat edir. Ürəkdə olmayan heç nə dilə gəlməz. Ailəli qadın ərindən ayrılırsa, iraq-iraq, əri vəfat edirsə, onu daha çətin həyat gözləyir. Dedi-qodular gözləyir və s. Elə isə zarafatla da olsa, ərinin cismanı tərkini ayrzulayan xanımlar sonrakı talelərini xəyallarına gətirmirlər.
Biz saytımızda bu mövzuda onlarla müzakirələr aparmışıq, yazılar paylaşmışıq.
Bu gün Azərbaycan ailələrinin keyfiyyəti çox narahatedicidir. İldən-ilə boşanmaların sayı artmaqdadır. Boşananların dinamikasındakı artım, əsasən, cəmi bir neçə il evlilikləri davam etmiş ailələr daxildir.
İnanmaq olmur ki, bu evliliklər 1980-ci illərə qədər mövcud olmuş evlilik səbəbidir.
Gözəl ailələrimiz var ki, onlar, inşallah, sona kimi davam edəcək. Amma yeni evlənib beş ilə qədər ayrılıq yolunu tutanlar yurd-yuva, ailə qurmaq, valideynlik məsuliyyətinə sahib olmağı deyil, sadəcə, qadına sahib olmağı əsas götürürlər. Belələri qadına sahib olur, amma ailə, ər məsuliyyətinə sahib ola bilmirlər.
Burada kənar amillər də ciddi faktordur. Sovet dövrünün ailə-əxlaq tərbiyəsi, cəmiyyətin özünün ölçüləri tamam başqa, indinin ailə, qadın-ər münasibətlərinin özəllikləri başqa.
Sovet dövründə abıra qısılmaq vardı. Adamlar dost-tanışdan, qohumlardan, cəmiyyətdən çəkinirdi.
İndi boş-boş səbəblərdən ayrılmağa yönəlirlər, sanki bəhanə gəzirlər…
Susuz səhrada yzaq yol gedən, su ehtiyatı tükənmiş bir yolçu üçün su yalnız H2O deyil, həm də həyatdır. Bəlkə də bu məqamda su dünyada onun gözünə görünən yeganə nemətdir. Amma susuzluqdan dili-dodağa qurumuş həmin yolçu səhranın daha sonrakı hissəsində qarşısına çıxan kəhrizdən 2-3 sərnic suyu birnəfəsə başına çəkəndən sonra artıq əvvəlki yanğılı halını unudur və yoluna davam edir. Artıq 5 dəqiqədən sonra onun üçün su yenə də N2O-dur.
Sevgi, eşq elə bir azuqədir ki, insan ona aclığında da, doyumluluğunda da eyni ehtiyacı hiss etməlidir.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.