Vətən sərhəddən başlayır

Abuşov Bəhruz Zabit oğlu 1983-cu il iyun ayının 18-də Qəbələ rayon Nohurqışlaq kəndində anadan olub.
1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb.Türkiyədə xüsusi kurslar keçib, sərkərdəlik məktəbinin incəliklərini öyrənib, xüsusi bacarıqlara yiyələnib. Akademiyanı bitirdikdən sonra 2005-ci ildə “N” saylı hərbi hissədə işləməyə başlayıb. 2010-cu ildə Qobustanda “N” saylı hərbi hissədə Kimya xidməti rəisi vəzifəsində işləməyə başlayıb. Daha sonra həmin hərbi hissə komandiri vəzifəsində çalışıb.
2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Bəhruz əsgərləri ilə birlikdə ön sırlarda döyüşməyə başlayıb. İlk döyüş yerləri Murovdağ silsiləsi olub. Sonra Cəbrayıl, Hadrut qəsəbəsi, Tuğ, Azıx mağarası, Böyüktağlar kəndləri, Çanaqçı, Zərdanaşen, Mədətlər, Sığınaq kəndləri, Daşaltı və Şuşada döyüşüblər.
Bəhruz döyüşlərin birində ciddi yaralansa da, hospitalda cəmi 2-3 gün qalıb. Yoldaşları təkidlə ona “sağalmadan döyüş meydanına qayıtma” desələr də o, “Mən əsgərlərimi və zabit yoldaşlarımı orda tək qoya bilmərəm” cavabını verib Müalicə ounduğu xıstəxana rəhbərliyinə və daha yuxarıranqlı komandirlərə müraciət edərək ön cəbhəyə – səgərlərinin arasına qayıtmışdır.
Şuşada istər açıq döyüşlərdə, istərsə də yaralıların daşınmasında xüsusi fəallıq göstərib. Əsgərlərinə xüsusi rəğbəti vardı. Hər dəfə deyirmiş ki, biz belə əsgərlərimizlə Şuşanı mütləq alacağıq. Səngər qardaşları Şuşadakı xüsusi şücaətinə görə Bəhruza “Şuşa qartalı” adı veriblər”.
Döyüşlərdəki uğurlu əməliyyatlara görə ona polkovnik-leytenant rütbəsi veriblər. Amma çox təəssüf ki, qəhrəmanınımız düşmən gülləsinə tuş gəldi.
8 noyabr 2020-ci ildə qanlı döyüşlərdə qəhrəmancasına həlak oldu. 37 yaşında şəhadətliyə ucaldı Bəhruz Abuşov.
Bəhruz Abuşov anadan olduğu kənddə torpağa tapşırılıb. Xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülməkdədir.
Təltifləri :
1. (26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
2. (26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
3. (26.06.2014) “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
4. (26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
5. (26.06.2019) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
6. (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
7. (24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
8. (29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
9. (29.12.2020) — “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)




















Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.