Məşhur qadınlar

Qəmər bəyim Şeyda Ata xan qızı Qarabaği 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbrahinxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Şuşa şəhər qız giminaziyasında oxumuşdu.

Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. “Zülmün daşqını” pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib.

Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.

Professor Əzizə Cəfərzadə bu istedadlı şairənin şəxsiyyətini səciyyələndirərək qeyd edir ki, “Qəmər bəyim Vəzirova olduqca cəsur, at minən, tüfəng atan, dövrünün soyğunçu qaçaq-quldurlarına qarşı əldə silah mübarizə aparan igid bir qadın olmuşdur.” Onun incə ruhlu şairə olacağını yəqin edən Xurşid banu Natəvan ona “Şeyda” təxəllüsü vermişdir.

XX əsrin əvvəllərində baş verən qanlı hadisələr, milli qırğınlar, azadlıq uğrunda gedən mübarizələr Qəmər bəyimin taleyində öz izini qoymuş, bu səbəbdən onun həyatı təlatümlü keçmişdir.

Qəmər bəyim bütün bunları 1918-ci ildə yazdığı “Zülmün daşqını” pyesində qələmə almışdır. Pyesdə saf məhəbbəti uğrunda mübarizə aparan Nərgiz adlı bir qızın faciəli həyatı və onun sevgilisi Həsənəlinin başına gətirilən müsibətlərdən bəhs edilir. Əsərdə kəndlilərin mülkədarlara qarçı mübarizəsi də yer almışdır.

Keçən əsrin 20-ci illərində Azərbaycanda baş vemiş çevrilişin və yeni həyat uğrunda mübarizənin burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuş, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında əhəmiyyətli ictimai işlr aparmışdır.

Mənbə:1. Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994; 2. Vikipediya

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı