Maraqlı məlumatlar

Bu göbələk palıd ağacları sıx olan ərazilərdə, palıd ağaclarının köklərində əmələ gəlir. Boyları 5 20 sm olur. Torpağın dərinliklərində böyüyən, qoxulu ektomikorizal göbələkdir. Aralıq dənizi regionunda tanınsa da, dünyanın bir çox yerində rast gəlinir.
Dünya üzrə 45 faizi Fransada, 35 faizi İspaniyada və 20 faizi İtaliyadan tədarük edilir. Bunlardan ən qiymətlisi “qara almaz” olaraq bilinən Qara göbələkdir. İtalyan mətbəxinin ən mühüm və qiymətli kompenentlərindən biri , amma yetişdirilməsi çox çətin olan göbələk çeşididir.
Ağac köklərinə yaxın yerlərin seçilməsinin səbəbi onların kökləri udması və ehtiyac duyduğu şəkər və üzvi turşuları təmin etməsidir.
Onun inkişafı zamanı zərif təbii tarazlığa ehtiyacı var və yay duşları müvafiq miqdarda nəm təmin etdiyi üçün yer mantarı üçün idealdır. Çox quraq yay ayları bu göbələklərin qurumasına səbəb olur.
Yerin altında böyüdüyü üçün yer səthindən görünmür, bu da yerdombalanı toplamaq üçün xüsusi təcrübə tələb edir. Bunun üçün qoxu alma qabiliyyətinə görə xüsusi təlim keçmiş itlər və donuzlardan istifadə edilir.
Qoz böyüklüyündə və orta çəkisi 100 qram olan yer mantarının ətri təzə olanda özünün ən təsirli dadını verir. Belə göbələklər təzə istifadə edilməlidir, çünki tədricən aromasını və suyunu itirir. Bu cür bahalı yeməyin dadını almaq üçün göbələkləri yığdıqdan sonra beş gün ərzində qida kimi qəbul etmək tövsiyə olunur, qiymətinə dəyər.
“Truffles” bankada, soyuducuda saxlanmalı, su ilə təmas etməməsinə diqqət yetirilməlidir, çünki onlara toxunan su “trufflenin” çürüməsinə səbəb olur.
Çoxlu insan çərşənbə axşamı bazarda satılan yerdombalanı almaq üçün Fransanın Lalbenque kəndinə axışır. Böyük diqqət çəkən bütün göbələklərin satışı 20 dəqiqə ərzində baş verir.
İnsanlar tez-tez bu bahalı yeməyi evdə omletin üzərinə sürtməklə istifadə edirlər. O, həmçinin yağ, qaymaq və yumurta olan yeməklərdə də istifadə olunur, çünki yağ ətri tutur. Bundan əlavə, müxtəlif formalarda, salatlarda, ət yeməklərində, kömürdə bişirilir və ya hisə verilir.
Bir neçə dilim “truffle” olan bir makaron qəfildən bahalı və dəbdəbəli yeməyə çevrilə bilər. Hətta, “truffle”dən yalnız qoxusuna görə istifadə edənlər də var.
“Truffle” göbələyi ilk dəfə Fransa kralı I Fransisin süfrəsinə təqdim edildiyi gündən qastronomiyada ən vacib qida maddələrindən biri olmuşdur. Bu gün dünyada ən məşhur göbələk çeşidi olmasının səbəbi onun kürüdən sonra dünyada ən bahalı yemək olmasıdır.






Qeyd: İtalyan ağ göbələyinin qiyməti 160 min 406 dollardır.
Göbələklərin “müqəddəs fincanı” kimi tanınan bu göbələyin qiyməti onun kəskin dadı, ətri və nadirliyi ilə bağlıdır.
Xatırladaq ki, göbələklərin “müqəddəs fincanı” kimi tanınan İtalyan Ağ alba göbələyinin qiyməti onun kəskin dadı, ətri və nadirliyi ilə bağlıdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.