Vətən sərhəddən başlayır

Düz 30 il bundan əvvəl torpağımızın da, insanlarımızın da sinəsinə dağ çəkmişdilər yuxarı hissəsi insana oxşayan vəhşilər. Nankorlar, əqrəblər…
Mənəvi şırım da açmışdılar yaddaşımızda. Onlar Şuşamızı yağmalama əməliyyatına “Dağlarda toy” adı vermişdilər. Bütöv bir xalqı, torpağı yasa qərq etmək əməllərini toy adlandırmışdılar.
Bizim gözəl bir şairimiz var: Telman Hüseyn. Onun “Xocalı” şeirini hissiz, həyacansız oxumaq olmur:
Ürəyimdə dəfn olundu Xocalım,
Gözlərimdə sel başına qalıbdı.
Hanı yurdun bəy Becanı, Beyrəyi?
İgid ölüb – el başına qalıbdı.
*****
Nər nəfəsi qaralıbdı bu kəndin,
Yolu-izi daralıbdı bu kəndin,
Bağ-bağçası saralıbdı bu kəndin,
Bülbül uçub – gül başına qalıbdı.
*****
Bu kişinin şəhid olub obası,
Uçub evi, qaralıbdı sobası,
Taya üstdə sancılıdı yabası,
Şum üstündə bel başına qalıbdı.
*****
Vətən oğlu, qayıt hələ belə bax,
Bu dünyada fitnəyə bax, felə bax,
Qaçqın gələn el qızına hələ bax,
Daraq düşüb – tel başına qalıbdı.
******
Bu torpağı mahal-mahal verdilər,
Yağı düşmən məskən salıb yurd elər,
Dədə Telman öz-özünə verd elər,
Ağlı çaşıb, dil başına qalıbdı.
Zaman-zaman başımıza gətirilən bu müsibətləri keçən əsrin sonlarında daha quduzlaşmış şəkildə başımıza gətirdilər.Tək Xocalıda deyul, bütün Qaravbağda. Elə dəhşətlər olub ki, mən bunu sadəcə, təsəvvür edirəm, biz bilmirik: ermənilər o dəhşəti bizim xalqın qıznın, uşağının, qocasının, ağbirçəyinin başına gətirib.Faş olan olub, olmayan da içində dəfn edib, kirimişcə ölümünü gözləyirdi. Belə yaşamaq olmazdı…
Bizim Zəfərimiz tək torpaq azad etmək zəfəri deyildi. Bizim Zəfərimiz Namus, Heysiyyət Zəfəri idi. Bu, çox böyük missiya udi. İki əsrdən bəri davam edən bir yarlığı içimizdə daşıyırdıq.
30 il hər bu günü için-için göynəyidik. Ümidimiz sanki üzülmüşdü. Üzülsək də, bu dərdlərdən bir taxtaya düzülməkdə dava edirdiksə, Böyük Zəfər üçün gecə-gündüz məqsədli yol gəlinirdi.
Tarixdə hər Lider belə qüdrətə malik olmur. Tarixdə hər gənc lider yaşını qabaqlayıb bu qədər müdrik siyasət yeridə bilmir. Soyuqqanlı, qətiyyətli ola bilmir.
Cınab İlham Əliyev bunu bacardı və gerçəkləşdirdi. Onun sərkərdəlik və Komandanı olduğu Milli Ordu Qarabağı azad etdi. Qarabağı, Şuşanı xalqına qaytardı. Daha kimsə bu torpağa belə nankorluq edə bilməz. Bunun zəmanətini cənab İlham Əliyev artıq əbədilik xalqımıza bəxş etmişdir:
Qarabağ Azərbaycandır !























Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.