Qadın, Ana, Ailə dəyərləri
Əməkhaqqı yox, istirahət günü yox, bayram günü yox, məzuniyyət yox!!!İş də ki heç vaxt qurtarmır, gördükcə də, bir tərəfdən yeniləri çıxır.
Bunları süni simpatiya qazanmaq üçün demədim, fikirləşmədim. Sadəcə, digər mövzu üçün məlumat toplayanda ipucu kimi beynimə bu ideya gəldi.

Bu, ən böyük ədalətsizlidir. Bütün qadınlar bütün həyatları boyu qadınlıq, analıq şərafətləruni yerinə yetirsələr də, cəmiyyətə daha çox xidmət edirlər. Bütün həyatları boyu cəmiyyətin nizamının pozulmaması üçün fəaliyyət göstərən, mövcud olan mətəbəqədər və məktəb müəssisələrini övladları ilə qaynar həyata çevirirlər. Cəmiyyətin müxtəlif istehsal proseslərində fəaliyyət göstərən onların ərləri, oğullarıdır. Qadınlar onların qulluğunda durur. Qadınlar ərlərin ocağında keşik çəkirlər: işləyən ərləri ev sarıdan çox xatircəm olurlar. Qadınlar , çox təəssüf ki, evdar adlandırırlar. Halbuki, onlrın əməyi hansısa dövlət müəssisəsində çalışan işçinin, qulluqçunun fəaliyyətindən heç də az deyil, asan deyil.
Amma onlara bütün ömürləri boyu elə evdarqadın dedilər. Yaş gəlib təqaüdə çıxanda da sən evdarqadın olmusan deyə cüzi bir sosial müavinət ayırırlar. Mənim fikrimcə, Milli Məclisdə bu məsələyə bir başqa baxışa yenidən qiymət verilməlidir. Evdarlıq da əmək stajı kimi hesablanmalıdır.
Bir ədalətsiz yanaşma da budur ki, ( elə özüm də belə olmuşam) belə məsələlərdən söhbət düşəndə proletar da deyir ki, mənim xanımım evdar qadındır, işləmir…(???).
Mən bunları anamın timsalında göz önünə gətirim. Qonşuda, qohumda gördüyüm anaların, bacıların timsalında göz önünə gətirdim. Biz deyəsən axı bir az insafsızıq, heç olmasa fərdi qaydada bunu dəyərləndirə bilmərikmi? Axı “evdar qadın” statusu bizim qadınların fəaliyyətini doğru əks etdirmir. Siz necə fikirləşirsiniz?
P.S:
Qismət Rüstəmov — Bir qadın var hardasa
Bir qadın var hardasa
tələsir mətbəxə, dükana, işə
gözləri razılaşmaq dilində
susur
həmişə.
… Metroda əlləri yaxasına,
çantası dizlərinə səngər…
Bir qadın var hardasa
xoşbəxtlikdən sinifdən qalan,
ciyəri qayğılara qurban
mətbəxə zəncirli Prometaya…
Bir qadın var hardasa
sevmədiyi kişiyə arvad,
sevdiyinə çin səddi.
Bir qadın var hardasa
qara günlərin qırmızı
diplomlusu,
iki uşaq anası.
Hər şeyi yerindədi
əri,uşaqları,şubası,
biş-düşü.
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür
gülüşü…
Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
Ağlar bir qırmızı qalstukun
xorultusuna,
qara bir kostyumun tütün
qoxusuna,
ağlar yatağındakı üzütəraşlı
HEÇ KİMƏ.
Bir qadın var hardasa
soruşsan xoşbəxtsənmi ?
bədbəxtəm deməz
deyər : çox mətbəxtəm…







Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.