Əxlaq və mənəviyyat

Təbiət qadına böyük idrak və  zəka bəxş etmişdir. Lakin yaşadığımız cəmiyyətdə bu böyük qüvvə  inkar edilir. Əgər cəmiyyətdə bu yanlış fikri  rədd edib, qadının ağıl və fərasətindən  cəmiyyətin inkişafı naminə istifadə etmiş olsaydı, onda cəmiyyət on qat sürətlə inkişaf edərdi.

                                                                                 N.Q.Çernışevski

Tibbi göstərişlərə görə,insan 40 gün ac,1 həftə susuz, 6 dəqiqə oksigensiz qala bilir. Bu göstəricilər aclığın, sususzluğun və havasızlığın  davam etdiyi müddətdə onsuz da orqanizmdə müəyyən fəsadlar yarada bilər,  həmin  həddən sonra isə orqanizm artıq  fəaliyyətini tam dayandırır. Cinsi ehtiyaclar da bu şəkildə nizama möhtacdır. Əgər o, hər zaman nizamlanmasa,  orqanizmdə və  ailədə  bir çox problemlər yaradacaq.

 Ailəlik həyatının intim tərəfini  araşdıran  sahə mütəxəssislərinin, eləcə də psixoloqların  fikrincə, cinsi əlaqə təkcə  bədənlərin, dərilərin bir-birinə toxunmasından doğan  psixoloji rahatlıq gətirmir. O, həm də isti və səmimi   ailə münasibətlərini  nizamlayır. Guya cütlüklər cinsi həyatlarını canlı və rəngli davam etdirə bilirlərsə, evlilikləri də  canlı və rəngarəng olur. Bunun üçün  əks tərəfin  gözləntilərini anlamaq, qarşı tərəfi təəccübləndirmək və   seriallardakı  macəra əlaqələri qurmaq lazımdır.

  Evlilik həyatına   serial cinsəlliyinin pozalarını gətirmək lazımdır.

Cinsi əlaqəni  keyfiyyətli şəkildə yaşamaq   üçün sosial şəbəkələr, internet kanalları , saytlar gecə-gündüz  müxtəlif stimullaşdırıcı vasitələrdən  və dərmanlardan  istifadə etməklə cinsi əlaqəni uzatmağın yolunu və yöndəmlərini də öyrədirlər.

Bunları  mən demirəm, izah edənlər belə  izah edirlər. Bəzi  mətbu vasitələr, intenet kanalları belə yazır, bunu göstərir.

  Bəs  məsələnin əxlaqi-mənəvi tərəfi? Onda belə çıxır ki, ailə həyatı təqibsiz, təhdidsiz bir  xeyməyə çəkilib əza həzzi yaşamaq üçün rəsmi şəkildə qurulan  bir özəkdir, qrupdur və sair.

 Mən   realda  eşitdiklərimə, kütləvi indormasiya vasitələrindən oxuduqlarıma əsasən, evlilikləri 1-2 il  çəkməmiş  gənclərin  evliliyə can atmalarının səbəbini ailə və cəmiyyət qarşısında borcları kimi deyil,   qadına sahib olmaq  cəhdləri kimi  qəbul edirəm.

Seriallarda xarici ölkəıərdəki sərhədsiz həyat tərzi ,  internetdə  və  şou televiziyalarındakı açıq-saçıqlıq,  Avropa ilə inteqrasiyada      mənəviyyatımıza, həyatımıza  asanlıqla daxil ola bilmiş   çoxlu zərərli “izmlər”,   afrodizyak vasitələr əks cinsləri   bir-birlərinə meyilləndirir.  Bədənlər bir-birinə toxunmamışdan  bu  vasitələr onlarda   bir-birlərinə   kəskin ehtiyac yaradır.  Onda yeganə çıxış yolu qalır  tələm-tələsik toy edib  evlənməyə. Təbii ki, belə ailələr  heç vaxt davamlı ola bilməz.

Cinsi açıqlığı, cinsi məmnunluğu ailə birliyinin əsası kimi göstərmək qətiliklə yanlışdır. Evlilik həyatında  cinsi əlaqə yeganə məqsədə çevrildikdə  bu ailənin izzəti, iffəti itir. Evliliyin cövhərində cismani həzz deyil, mənəvi zövq dayanmalıdır. Ailə müqəddəsliyini, qadın ülviliyini bu hala gətirmək olmaz.  Onda gərək  hər  kəs  necə ki, nikaha girməzdən öncə tibbi müayinədən keçirlər, eləcə də  əlavə  bir testdən də keçələr ki,  görək   tərəf müqabillərin  evlənəndən sonra  cinsəl həyatlarında uyğunsuzluq yoxdur ki.  

Fikir verin, cinsəl həyatda  tərəfləri “partnyor” adlandırırlar. Bu zəruf məxluqa “Qadın”, “Ana”, “Halalım”, “Xatun”, “Banu” kimi şərəfli ad verib, sonra cinsi əlaqədə portnyora çevirmək   hansı məntiqlədir? Qadın adına heç yaraşmayan sözdür.

Manşetimizdəki  şəkil və fikir “Qayınana”  tamaşasından  götürülüb.   Cənnət xala (Nəsibə Zeynalova) onu öpmək istəyən İlqara (İlham Namiq Kamal) əli ilə rəhmətlik  əri Məşədi Kazımın  divardakı şəklini göstərib deyir ki, bu rəhmətliklə 30 il bir yastığa  baş qoyduq, bircə dəfə  maç eləmədi məni. Niyə? Qoca at arpa yemir? Məşədi Kazım xəstə idi, duyğusuz idi? Təbii ki, cavab bunların  heç biri deyildi. Cavab bu idi ki,  xalqımızın ailə-əxlaq  məcəlləsində belə yanaşma olmayıb.   Müəyyən qədər  mühafizəkarlıq, müəyyən qədər dini baxışlar da belə yanaşmaları bir  həyat tərzi halına gətirmişdi.

Şərq ədəbiyyatının nadir inçilərindən olan “Qabusnamə” 44 fəsildən ibarətdir. Bu fəsillərdə müəyyən  idarəçilik tövsiyələri, yaşamaq qayda-qanunları, eləcə də ailə həyatının bəzi  məsələləri haqqında  öyüdlər verilmişdir. Həmin  öyüdləri təqdim edirik. Düşünürəm ki,  bu öyüdlərdəki  bütün məqamlar  bizim  yazımızın  istinad nöqtəsidir.

Kef çəkmək qaydaları haqqında /İxtisarıa/:

*** “Birini sevsən, ayıq və məst halda onunla ara vermədən əlaqədə olma, səndən ayrılan hər nütfədə, məlumdur ki, bir şəxsin, bir canlının toxumu vardır. Əlaqədə olsan, heç olmasa, sərxoş vaxtı olma, ziyanı daha çoxdur, lakin xumar vaxtı daha yaxşıdır.
Nə vaxt yadına düşdü, o saat onunla məşğul olmağa başlama. Bu, heyvan xasiyyətidir. Heyvan hər işin yerin bilməz, nə vaxt yadına düşsə, o vaxt da məşğul olar. Adama müəyyən vaxt lazımdır ki, onunla heyvan arasında bir fərq olsun…
Dediyim kimi, çox əlaqədə olmağın ziyanı var, ona görə hər nə etsən iştaha ilə et, zorla etmə, ziyanı az olar. Lakin istər meylin olsun, istərsə yox, yayın istisindən və qışın soyuğundan özünü qoru. Bu fəsillərdə ziyanı daha çox olar, xüsusilə, qocalara.
Bütün fəsillərdən ən yaxşısı bahardır, ən münasibi də budur. Bahar fəslində hava mülayim olar, sular çoxalar, dünya gözəlliyə və rahatlığa doğru üz qoyar. Böyük aləm belə olduqda, kiçik aləm sayılan bizim bədənimiz də onun təsirindən mülayimləşər.
Bədəndə olan ünsürlər arasında müvazinət yaranar, damarlardakı qan artar, beldəki kişilik maddəsi çoxalar və insanlar təbii olaraq bir-biri ilə əlaqədə olmağa meyl göstərərlər. Bu meyl təbii ehtiyacdan doğduğundan ziyanı az olar.
Bir də bacardıqca yayın istisində və qışın soyuğunda qan aldırma. Bədənində qanın artdığını hiss etsən, yemək-içməklə qaydaya sal. Fəslə zidd heç nə yemə. Yayda və qışda qadınlara çox meyl etmə. Bu barədə qısa danışdım, bundan artıq danışmağa da ehtiyac yoxdur.”

Eşqbazlıq və onun qaydaları haqqında / İxtisarla/

*** “…Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti zərif olmasa, o, aşiq ola bilməz. Eşq təbiətin zərifliyindən doğur, zəriflikdən doğan hər şey isə, şübhəsiz, zərif olar. Odur ki, deyiblər:”Təbiət lətif olduqda, məlum şeydir ki, o, zərif təbiətə qoşulmağa meyl göstərəcəkdir.

Bu eşqdir, incəlik, lətiflik istər,

Hər yerdə özü tək zəriflik istər.

….. Məşuqən mələk təbiətli olsa belə, yenə məzəmmətdən yaxanı qurtara bilməzsən, həmişə sənin qeybətini qırar və məşuqən haqqında şayiələr yayarlar. Deməli, özünü saxla və aşiqlikdən qaç.

Ağıllı adamlar özlərini aşiqlikdən qoruya bilərlər, çünki ilk baxışdan aşiq olmaq mümkün deyil. Əvvəl göz görür, sonra könül bəyənir. Elə ki könül bəyəndi, ürəyin ona mail oldu, könül ikinci dəfə görmək istəyir. Əgər sən öz şəhvətini ürəyinin ixtiyarına versən, ürəyini isə şəhvətə tabe etsən, sonra məşuqəni bir daha görmək üçün tədbir düşünməyə başlarsan.Görüş ikinci dəfə baş tutduqda könül ikiqat meyl edir, qəlb daha çox döyünməyə başlayır, insan üçüncü görüş eşqinə düşür. Elə ki üçüncü dəfə gördün, əhvalatı açıb söylədin, söz deyib cavab eşitdin, iş bitdi. Çuvalı suya verdin, it də getdi, ip də getdi. Bundan sonra özünü ələ almaq istəsən də, bacarmazsan, çünki iş işdən keçmiş olar, vaxt uzandıqca eşqin də artar, qəlbin hökmünə tabe olmağa məcbur olarsan.

Lakin əgər sən ilk görüşdə özünü saxlaya bilsən, ürək istədikdə onu ağlın ixtiyarına versən və ağıl ürəyi bir daha onun adını çəkməyə qoymasa, özünü başqa şeylə məşğul etsən və ya şəhvətini başqa şey ilə söndürsən və gözü onu görməkdən məhrum etsən, bir həftədən artıq əziyyət çəkməzsən, daha o sənin yadına düşməz, tezliklə özünü bəladan qurtarmış olarsan. Lakin belə edə bilmək hər adamın işi deyil, çox ağıllı olmaq lazımdır ki, adam bu xəstəlikdən yaxasını qurtara bilsin…

...Qonaq getsən, sevgilini özünlə aparma, aparsan, xalqın qabağında onunla mazaqlaşma, bütün fikir-zikrini ona vermə, qorxma, onu heç kəs yeməz. Elə təsəvvür etmə ki, o, hamının gözünə sənə görünən kimi görünür…”

Gördünüzmü,  bu öyüdlərdə  bəhs  esilən məsələlər bütün   zamanlarda aktualdır. Çünki insanlığın,  cəmiyyətin  mövcud olması üçün  əsas olan  ailə həyatının ən   vacib məsələlərinə həsr olunub.  Ailə sağlam cəmiyyətin özəyini  təşkil edir.  Napoleon deyərmiş ki, mənə sağlam qadınlar verin,  mən sizə sağlam cəmiyyət verim.

 Qadının sağlam olması isə təkcə fiziki sağlamlıq kimi başa düşülməməlidir. Qadın  xoşbəxt olmalıdr, qadınlıq səadətini, analıq haqqını  ürəkdolusu fəxarətlə   yaşamalııdr. Bu isə hazır resept deyil,  əlimizlə toxuna, gözümüzə  görə  bildiyimiz  nələrsə kimi  marketlərdə  satılmır. Bu, həyatın özündə, insanların münasibətindən doğur. Qadınlara  münasibət dəyişilməlidir Qadınlar özləri də bunun məsuliyyətini hiss etməlidir.

 Bu isə bütün hallarda  əxlaq və mədəniyyətlə bağlı məsələlərdir. Yəni,  insan təbiətə  və cəmiyyətə qarşı,  özünə qarşı, konkret fərdlərə qarşı  necə  davranır.

Əxlaq sözünün qədim mənası “xalq adətlərinə əməl etmək” anlamına  gəlir. Bu, o deməkdir ki,  hər  kəs  insanlara və topluma qarşı həssas yanaşmalı,   ehtiramla qarşılanan əxlaq sahibi olmalıdır.

 Xüsusilə, ailə məsələlərində, qıza-qadına  münasibət məsələlərində. Kişilərlə bərabər, qadınlar  da öz qızıllıqlarını qorumalıdırlar. Qadın izləyicilərimizin bu müdafiəni hüquqi  anlama deyil, əqli qavranılan aləmə aid etməsini arzu edərdim. Qadın ziyalı olsun, kübar olsun, ictimai statuslu olsun, amma bunların heç biri qadınları  AHA kimi. HƏYAT YOLDAŞI kimi  şərəfləndirə bilməz. Bunlar hamısı ideologi qauğılarımızın zəif bəndlərindən  xəbər verir.

Kütləvi informasiya vasitələri   bu gün öz  maarifçilik fəaliyyətlərini  sovet dövründəki kimi apara bilmirlər.    Mətbu səhifələrə, ekranlara cəmiyyətə təqdir olunmalı məsələlər deyil,  zərəli mövzular, şəkillər, musiqilər çıxarılır. Cəmiyyətə  ağsaqqal, ağbirçək adamlar  söz demək əvəzinə, Nadir, Əlikram, Əli Mirzəyev, Tolik,  Elgiz   öyüd-nəsihət verir.  Hanı bizim  əsl ziyalılarımız, 30-40-50 il   birlikdə bir ailə səadətini   davam etdirən gözəl ata-analar?  əmrah boşandı, hansısa   hip-hop sənətçisi homoseksualdır,  olduğunu, Elşad Xosenin od püskürməsini – bu od da nədən ibarətdir. Repçi  deyir ki,  aparıcılar, müğənnilər mavidir, hansı ilə efirə çıxım? Və yaxud  Repçi Hüseynlə 150 min qızın görüşmək arzusunda olduğunu,   “Dünyaca məşhur ifaçı Herri Staylesin yer aldığı “My Policeman” (Mənim polisim) filminin erotik səhnələr səbəbilə yaş məhdudiyyəti artırılıb, yəni, ekran işi 18 yaşdan yuxarılar üçün nəzərdə tutulub.

Qeyd edək ki, Herri filmdə bir qadınla evli olmasına rəğmən başqa bir kişiyə aşiq olan polisi canlandıracaq”….

 Əfkari-ümumiyyənin  başını, zövqünü  belə gərəksiz   maarifləndirmə/məlumatlandırma ilə əhatə edəndə,  hər gün bizim əxlaqımız üçün ekzotik sayıla biləcək  hadisələrin ard-arda  sıralanacağı  şəksizdir.

Cəmiyyət olaraq hamımızın bildiyi bir həqiqət var. Yəni qadınlar monoqamiyaya həmişə kişilərdən daha yaxın olublar. Xəyanət dedikdə ilk ağıla həmişə  kişilər gəlib. Qadınlar üçün  sadiqlik  həmişə ön planda olub.  Amma indi bu göstəricilər az qala  bir-birinə yaxınlaşsınlar. Təkrar olsa  da,  psixoloq Samirə Bağırovanın aşıqlamasında  Bakıda   xəyanətlərini bilə-bilə rəsmi nikahlarını pozmadan yaşayan  çoxlu ailələrin olmasına işarə edilən sitatı  bir  də xatırlatmağa  ehtiyac duyuruq:

“Bəzən cütlüklər sevgiləri bitsə də evliliklərini kağız üzərində saxlayırlar. Həm ər, həm də arvad ayrılıqda öz həyatlarını yaşayır. Onu da qeyd edim ki, hazırda bu Bakıda çox geniş yayılmış dəbdir. Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür “ailəli” olanlar var. Hər ikisi bilir ki, həyat yoldaşının sevgilisi var və rəsmi olaraq evliliklərini qoruyurlar”.

 Belə  hallar artıq  mənəviyyatda oturuşmaq istəyən deqradasiyanın əlamətləridir.  Bunlar  hələ harasıdır.

 Bu gün  yekə-yekə kişilər körpə uşaqlara tamah salırlar. Məktəbyaşlı uşaqlar məktəbi qurtaran kimi izdivaca girməyə can atırlar. Ər qadına, qadın da ərinə xəyanət edir, övladları ola-ola.

Bilmirsən buna poliamoriya (bir insana bir neçə nəfərlə sevgi münasibətləri qurmağa imkan verən yöndəmsuz bir eşqə yöndəmsiz bir etik baxışlar sistemidir) deyəsən, poliandriya (çoxərililik) deyəsən, yaxud poliginiya (çoxarvadllıq) deyəsən.

Bu nədir, geriyəmi qayıdırıq, axır zaman deyiən  bu idimi gəlib çatdıq? Mağara dövründən göydələn binalara qədər təkamüllə bir sırada günümüzün ətürpədən hadisələri mədəniyyətin epiloqumu?…

  Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı